Rəqəmsal fırıldaqçılığa qarşı mübarizə üzrə mütəxəssis / aparıcı mütəxəssis
İş təsviri və tələblər
* Antifraud, maliyyə monitorinqi, kart biznesi və ya araşdırmalar sahəsində minimum 2 il iş təcrübəsi
* Dələduzluq sxemlərinin müstəqil araşdırılması təcrübəsi
* Antifraud qaydalarının və ssenarilərinin hazırlanması təcrübəsi
* Visa və Mastercard kart əməliyyatlarının prinsiplərini bilmək
* Mobil və internet bankçılıq xidmətlərinin iş prinsiplərini başa düşmək
* Bank dələduzluğu sxemləri üzrə biliklərə malik olmaq
* Məlumatların təhlili və araşdırma bacarıqları
* SQL üzrə yaxşı biliklər
Vəzifə öhdəlikləri
İnsidentlərin araşdırılması Dələduzluq əməliyyatlarının monitorinqi və aşkarlanması: * Kart və qeyri-kart əməliyyatlarının antifraud sistemləri vasitəsilə monitorinqinin aparılması * Şübhəli əməliyyatların və təhlükəsizlik hadisələrinin təhlili * Real vaxt rejimində dələduzluq əlamətlərinin aşkarlanması * Əməliyyatların bloklanması, məhdudlaşdırılması və ya əlavə yoxlamaya yönləndirilməsi ilə bağlı qərarların qəbul edilməsi * Antifraud sistemlərindən, və digər mənbələrdən daxil olan xəbərdarlıqların (alert) araşdırılması İnsidentlərin araşdırılması: * Dələduzluq halları üzrə araşdırmaların aparılması * Sübut bazasının toplanması və təhlili * Araşdırmalar çərçivəsində Bankın digər struktur bölmələri ilə əməkdaşlıq * Araşdırmaların nəticələri üzrə rəy və hesabatların hazırlanması * Oxşar hadisələrin qarşısının alınması üçün təkliflərin verilməsi Antifraud qaydalarının idarə olunması: * Yeni antifraud qaydalarının və ssenarələrinin hazırlanması, və optimallaşdırılması * Antifraud qaydalarının effektivliyinin təhlili * Yanlış müsbət nəticələrin (false positive) sayının azaldılması * Yeni antifraud mexanizmlərinin test edilməsində iştirak Analitika və hesabatlılıq: * Dələduzluq halları üzrə mütəmadi hesabatların hazırlanması * Yeni dələduzluq sxemlərinin və tendensiyaların təhlili * Rəhbərlik üçün statistik və analitik məlumatların hazırlanması * Komitələr və daxili iclaslar üçün materialların hazırlanmasında iştirak Xarici təşkilatlarla əməkdaşlıq: * Dələduzluq halları üzrə digər banklar, prosessinq mərkəzləri və ödəniş sistemləri ilə əməkdaşlıq * Tənzimləyici və hüquq-mühafizə orqanlarının sorğularına cavabların hazırlanması * Dələduzluq sxemləri üzrə məlumat mübadiləsində iştirak Antifraud funksiyasının inkişafı: * Antifraud sistemlərinin tətbiqi layihələrində iştirak * Yeni monitorinq kanallarının və antifraud həllərinin sazlanmasında iştirak * Yeni texnologiyaların və antifraud alətlərinin qiymətləndirilməsi və tətbiqində iştirak * Mövcud proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.