Rəqəmsal dələduzluq sistemləri üzrə aparıcı/baş sistem inzibatçısı
İş təsviri və tələblər
Görəcəyiniz işlər: Sistemlərin inteqrasiya çərçivəsində məlumat mübadiləsinin texniki konfiqurasiyası: məlumat mübadiləsi formatlarının (JSON, XML və s.) və məlumat axınlarının (sinxron və ya asinxron) müəyyən edilməsi, inteqrasiya nöqtələrinin (endpoint), sorğu strukturlarının (header, body, tag) və istifadə olunan kitabxanaların (library) konfiqurasiya edilməsi və ya konsultativ dəstəyin göstərilməsi, ötürülən məlumatların (müştəri, əməliyyat, sessiya, cihaz və risk göstəriciləri) tərkibinin və məlumat növlərinin (text, string, integer, boolean və s.) təyin edilməsi, habelə metadata məlumatlarının zənginləşdirilməsi; İnteqrasiya olunan məlumatların keyfiyyətinin, tamlığının və ardıcıllığının təmin edilməsi üzrə nəzarət mexanizmlərinin tətbiqi və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması; Sistemlərdə əməliyyat, sessiya və müştəri üzrə response mexanizmlərinin və bildiriş şablonlarının konfiqurasiyası, düzgünlüyü və fasiləsiz işləkliyinin təmin edilməsi. Anti-Fraud sistemlərində konfiqurasiya üzrə metodoloji və texniki dəstək, master data, query/hyperlink, indeksləşdirmə və analitik axtarış mexanizmlərinin tətbiqi. Rəqəmsal kanalların arxitekturasının və konfiqurasiya məntiqinin öyrənilməsi, anti-fraud sisteminə düzgün inteqrasiyasının təmin edilməsi. Sistemdə/lərdə istifadəçi rollarının və giriş səlahiyyətlərinin (RBAC) formalaşdırılması, idarə olunması və minimal səlahiyyət prinsipi əsasında nəzarət mexanizmlərinin tətbiqi; Sistemdə/lərdə konfiqurasiya, monitorinq ssenariləri, siyahılar (qara/ağ/lookup və s.) və digər kritik parametrlər üzrə edilən dəyişikliklərin izlənilməsi, audit izlərinin formalaşdırılması və nəzarətin təmin edilməsi; Sistem/lər üzrə texniki risklərin və insidentlərin müəyyən edilməsi, uçotunun aparılması və risklərin azaldılması üzrə alternativ texniki həllərin hazırlanması; Sistemlərin quraşdırılması, istismara verilməsi, test və istehsalat mühitlərinin qurulması və fasiləsiz işləkliyinin təmin edilməsi. Ehtiyat mərkəzinə keçid risklərinin idarə edilməsi, keçid və bərpa ssenarilərinin test edilməsi və təkmilləşdirilməsi. Sistemlərdə texniki problemlərin (dayanma, zəifləmə, gecikmə və oxşar hallar) monitorinqi, aşkarlanması, aradan qaldırılması və zərurətdə Vendor-a eskalasiyası. Yeni sistem və həllərin texniki-funksional təhlili, tətbiq imkanlarının qiymətləndirilməsi və rəhbərliyə əsaslandırılmış təkliflərin təqdim edilməsi. Vendor və daxili bölmələrlə texniki kommunikasiya, inteqrasiya asılılıqlarının idarə olunması və koordinasiyanın təmin edilməsi. Daxili komandalar və tərəfdaşlara texniki dəstək, rəqəmsal kanalların inteqrasiyası, istismara verilməsi və fasiləsiz dəstəyin təmin edilməsi. Sistemlər üzrə texniki sənədləşmənin hazırlanması, yenilənməsi və biliklərin komanda daxili ötürülməsi.
Vəzifə öhdəlikləri

İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.