Qiymətqoyma və portfel analizi üzrə mütəxəssis
İş təsviri və tələblər
"PAŞA Sığorta" ASC namizədləri Qiymətqoyma və portfel analizi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol şirkətin maliyyə sabitliyinin və əməliyyat nəticələrinin inkişaf etdirilməsi məqsədilə fəaliyyətin müxtəlif seqmentlərinin təhlili, sığorta tariflərinin hesablanmasında iştirak və müvafiq portfel analizlərinin aparılmasından məsuldur. Vəzifə və Öhdəliklər: Qiymətqoyma modellərinin hazırlanmasında və yenilənməsində iştirak etmək. Portfelin gəlirlilik və risk göstəricilərinin monitorinqi və təhlili. Daxili və xarici bazar məlumatlarının toplanması, emalı və hesabatların hazırlanması. Portfel strukturunun optimallaşdırılması ilə bağlı hesabatların hazırlanması. Daxili siyasət və prosedurlara uyğun fəaliyyətin təmin edilməsi. Rəhbərliyə mütəmadi olaraq analitik təqdimatlar və hesabatlar təqdim etmək. Şöbə daxilində proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi. Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi; Biliklər: İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları. Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı. Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus və İngilis dilləri arzuolunandır. Aktuar üzrə sertfikatlar arzuolunandır. Aktuar sahəsi üzrə 1 il təcrübə arzuolunandır. Bacarıqlar: Təşəbbüskarlıq. Ünsiyyət qurmaq bacarığı. Çalışqan olmaq. Öhdəliklərinə məsuliyyətli olmaq. Dəqiqlik. Fikirlərini aydın izah edə bilmək. Komandada işləmək bacarığı. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vəzifə öhdəlikləri
"PAŞA Sığorta" ASC namizədləri Qiymətqoyma və portfel analizi üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu rol şirkətin maliyyə sabitliyinin və əməliyyat nəticələrinin inkişaf etdirilməsi məqsədilə fəaliyyətin müxtəlif seqmentlərinin təhlili, sığorta tariflərinin hesablanmasında iştirak və müvafiq portfel analizlərinin aparılmasından məsuldur.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.