ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Məhsulların idarə edilməsi

Proseslər üzrə ekspert

🏢Kapital Bank📍Ünvan qeyd edilməyibTam ştat📅13.08.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

İngilis dili

Proqramların idarə edilməsi üzrə bacarıqlar

Proqramların başlanğıcdan sona qədər dizayn edilməsi və həyata keçirilməsi

Vaxtın səmərəli idarə edilməsi və eyni vaxtda bir neçə işin koordinasiyası

Analitik və tədqiqat bacarıqları

Məlumatların toplanması, sorğuların hazırlanması və keyfiyyət/kəmiyyət üzrə geribildirimlərin təhlili

Əldə olunan nəticələri konkret və tətbiq oluna bilən təkmilləşdirmələrə çevirmək bacarığı

Təhsil və məhsul sahələrində yeni trendlərin müəyyənləşdirilməsi üçün bazar araşdırmalarının aparılması

Maliyyə və strateji bacarıqlar

Büdcənin planlaşdırılması və xərclərə nəzarət

Strateji uzaqgörənlik: trendləri proqram üzrə innovasiyalara çevirmək

Proqramların davamlılığını təmin etmək üçün risklərin idarə edilməsi

Fasilitasiya və əməkdaşlıq bacarıqları

Workshopların, qrup retrospektivlərinin və Design Thinking sessiyalarının fasilitasiyası

Maraqlı tərəflərin (stakeholder) mövqelərinin uyğunlaşdırılması və əlaqələrin qurulması

Danışıqların aparılması və münaqişələrin həlli

Texniki və rəqəmsal bacarıqlar

Learning Management System (LMS) və əməkdaşlıq alətləri ilə tanışlıq: Miro, MURAL, Trello, Jira, Confluence

Məhsuldarlıq və hesabatlıq alətlərindən istifadə: Excel, Power BI, Google Analytics, Tableau

Onlayn təlim platformaları ilə iş təcrübəsi: Zoom, MS Teams, Webex

Şəxsi və liderlik bacarıqları

Öyrənənlərin ehtiyaclarını anlamaq üçün empatiya və aktiv dinləmə

Təşkilatın dəyişən tələblərinə uyğunlaşma bacarığı

Aydın və effektiv yazılı və şifahi ünsiyyət, müxtəlif funksiyalararası əməkdaşlıq

Liderlik və mentorluq bacarığı

Vəzifə öhdəlikləri

Agile və məhsul inkişafı proseslərinin yaradılması, təhlili, idarə edilməsi və davamlı təkmilləşdirilməsi, məhsulun ideyadan relizə qədər keçdiyi end-to-end journey-nin optimallaşdırılması. Vəzifənin əsas məqsədi mövcud biznes və məhsul proseslərini təhlil etmək, proseslərdəki boşluqları, gecikmələri və manual fəaliyyətləri müəyyənləşdirmək, həmçinin bu journey-ni süni intellekt və digər rəqəmsal alətlər vasitəsilə daha sürətli, səmərəli və ölçüləbilən formaya gətirməkdir.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.