Proses analitik (Corezoid analyst)
İş təsviri və tələblər
uyğun proseslərin və düzəlişlərin icrasının təmin edilməsi Tələblər * İnteqrasiya və API anlayışlarına dair əsas biliklər * Hər hansı bir proqramlaşdırma dilində təməl biliklərə sahib olmaq * Bank sektorunda təcrübə arzuolunandır * JavaScript dilində ilkin biliklər arzu olunandır * UML (Unified Modeling Language) modelini başa düşmək və tətbiq etmək bacarığı * RESTful API-lərlə işləmək, JSON və Webhooks formatlarında məlumat mübadiləsi ilə tanışlıq * Detallara fokuslanma bacarığı * Problem və vəziyyətləri təhlil edərək düzgün nəticəyə gəlmə bacarığı * Komanda daxilində koordinasiya və əməkdaşlıq bacarığı * Aydın və səlis ünsiyyət qurma qabiliyyəti * Yeni bilik və bacarıqları mənimsəmək və təşəbbüs göstərmək * Problem həll etmə bacarığı
Vəzifə öhdəlikləri
* Corezoid platformasında iş axınlarının layihələndirilməsi, tətbiqi və optimallaşdırılması * Şirkətin daxili və xarici sistemləri arasında əlaqə yaratmaq və məlumatların emalını avtomatlaşdırmaq * Qərar qəbul etmə proseslərini sadələşdirmək və iş axınlarını təkmilləşdirmək üçün low-code həllər yaratmaq * Biznes proseslərinin avtomatlaşdırılması və alqoritmləşdirilməsi * Corezoid platformasında mövcud proqram təminatının funksionallıqlarının dəstəklənməsi * Yeni proseslərin işlənib hazırlanmasında və təkmilləşdirilməsində iştirak edilməsi * Yeni tətbiq olunan proqramların ilkin test edilməsi, səhvlərin müəyyən olunması və düzəlişlərin icra edilməsi * Test zamanı aşkar edilmiş səhvlərin düzəldilməsi və tətbiqin keyfiyyətinin artırılması * Yeni proqram tətbiqində layihə qruplarında iştirak edilməsi və layihə üzrə tapşırıqların icrası * Yeni tətbiq olunan proqramlar üçün texniki sənədlərin hazırlanmasında iştirak edilməsi * İT, İT təhlükəsizlik və parol siyasətinə uyğun fəaliyyət göstərilməsi * Daxili prosedurlara uyğun olaraq bank proqramına yeni funksiyaların əlavə edilməsi və yeni modul və proqramların yaradılmasında iştirak edilməsi
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.