Planlama və satınalma üzrə mütəxəssis / aparıcı mütəxəssis
İş təsviri və tələblər
Ali təhsil (bakalavriat); Müvafiq sahədə minimum 2-4 il iş təcrübəsi; Microsoft Office proqramlarında sərbəst işləmək (MS Office - Yüksək); Analitik düşüncə tərzi; Ünsiyyətcil olmaq və təqdimat bacarığı; Maliyyə hesabatlarından anlayışlı olmaq və düzgün təhlil etmə qabiliyyəti; Problem həll etmə bacarığı; Operativ və düzgün qərar vermə bacarığı; Logistika əməliyyatları haqqında biliklər; Dil biliyi: Rus - Yüksək, İngilis - Orta.
Vəzifə öhdəlikləri
Yerli və xarici bazarda tədarükçülərin araşdırılması və qiymət təkliflərinin toplanması; Tədarükçülərlə effektiv danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılması; Satınalma sifarişlərinin hazırlanması və daxili sistemə daxil edilməsi; Sifarişlərin çatdırılmasına nəzarət və çatdırılma prosesinin izlənməsi; Aylıq və illik satınalma planlarının hazırlanmasında iştirak edilməsi; Sifariş olunan malların sənədlərinin rəsmiləşmə üçün aidiyyatı şöbəyə təqdim olunması; Vendorlardan göndərilən invoys sənədlərinin yoxlanılması; Günlük və ya həftəlik olaraq kateqoriyalar və brendlər üzrə məhsul planlamasının həyata keçirilməsi, depo və satışa uyğun yoxlanılması; Transit faylının həftəlik yenilənməsinin icra edilməsi.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.