ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Planlama və satınalma üzrə mütəxəssis / aparıcı mütəxəssis

🏢Baku Electronics📍Ünvan qeyd edilməyibTam ştat📅21.08.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

Ali təhsil (bakalavriat); Müvafiq sahədə 2–4 il iş təcrübəsi; Microsoft Office proqramlarında sərbəst işləmək (MS Office - yüksək); Analitik düşüncə tərzi, ünsiyyətcil olmaq və təqdimat bacarığı; Maliyyə hesabatlarından anlayışlı olmaq və düzgün təhlil etmə qabiliyyəti; Problem həll etmə bacarığı; Operativ və düzgün qərar vermə bacarığı; Logistika əməliyyatları haqqında bilik; Dil bilikləri: Rus - yüksək, İngilis - orta.

Vəzifə öhdəlikləri

Planlama və satınalma üzrə mütəxəssis / aparıcı mütəxəssis Biznes və İdarəetmə, Bakı Vəzifə funksiyaları: - Yerli və xarici bazarda tədarükçülərin araşdırılması və qiymət təkliflərinin toplanması; - Tədarükçülərlə effektiv danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılması; - Satınalma sifarişlərinin hazırlanması və daxili sistemə daxil edilməsi; - Sifarişlərin çatdırılmasına nəzarət və çatdırılma prosesinin izlənməsi; - Aylıq və illik satınalma planlarının hazırlanmasında iştirak edilməsi; - Sifariş olunan malların sənədlərinin rəsmiləşmə üçün aidiyyatı şöbəyə təqdim olunması; - Vendorlardan göndərilən invoys sənədlərinin yoxlanılması; - Günlük və ya həftəlik olaraq kateqoriyalar və brendlər üzrə məhsul planlamasının həyata keçirilməsi, depo və satışa uyğun yoxlanılması; - Transit faylının həftəlik yenilənməsinin icra edilməsi. Digər şərtlər: - Ali təhsil; - Müvafiq sahədə minimum 2-4 il iş təcrübəsi olmalı; - Microsoft Office proqramlarında sərbəst işləməli; - Analitik düşüncə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı; - Maliyyə hesabatlarından anlayışlı olmalı, düzgün təhlil etmə qabiliyyəti olmalı; - Problem həll etmə bacarığı olmalı; operativ və düzgün qərar verməyi bacarmalı; - Logistika əməliyyatları haqqında biliklərə sahib olmalı. Dil biliyi: - Rus - Yüksək - İngilis - Orta Kompüter biliyi: - MS Office - Yüksək

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.