ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Pərakəndə və Satış kanalları departamentinin rəhbəri

🏢Paşa Sığorta📍Ünvan qeyd edilməyibTam ştat📅22.05.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

"PAŞA Sığorta" ASC namizədləri Pərakəndə və Satış Kanalları Departamentinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

Biz ölkəmizin sığorta sektorunda ilk Insurtech təməlini qoyaraq rəqəmsal transformasiyaya start veririk. Bu yolda məqsədimiz müştərilərimiz üçün daha əlçatan, innovativ və fərdiləşdirilmiş sığorta həlləri yaratmaq, satış yanaşmalarını müasir texnologiyalar və data əsaslı qərarvermə ilə yenidən formalaşdırmaqdır. Əgər sən də satış strategiyalarının qurulmasına rəhbərlik etmək, genişmiqyaslı satış komandalarını idarə etmək, yeni satış kanalları yaratmaq və şirkətin bazar payının artırılmasına töhfə vermək istəyirsənsə, Pərakəndə və Satış Kanalları Departamentinin Rəhbəri rolunda səni komandamızda görməkdən məmnun olarıq. Bu rolda sən şirkətin strateji məqsədlərinə uyğun satış strategiyasını formalaşdıracaq, müştəri bazasının davamlı inkişafını təmin edəcək, satış kanallarının effektivliyini artıracaq və müştəri təcrübəsinin təkmilləşdirilməsinə rəhbərlik edəcəksən. Eyni zamanda, sən bazar imkanlarının müəyyənləşdirilməsi, yeni satış modellərinin tətbiqi və satış ekosisteminin transformasiyası vasitəsilə şirkətin dayanıqlı böyüməsinə və rəqabət üstünlüyünün gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəksən. Əsas vəzifə və öhdəliklər: Strateji Liderlik və Biznesin İnkişafı: Şirkətin strateji vizyonunu və biznes prioritetlərini satış strategiyasına inteqrasiya etmək; Satış fəaliyyətinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək; Bazar payının artırılması, gəlirliliyin yüksəldilməsi və yeni müştəri seqmentlərinin cəlb olunmasına yönəlmiş təşəbbüslərə rəhbərlik etmək; Sığorta bazarındakı trendləri, rəqiblərin fəaliyyətini və müştəri davranışlarını təhlil edərək inkişaf imkanlarını müəyyən etmək; Yeni satış kanallarının yaradılması, alternativ satış modellərinin tətbiqi və innovativ satış həllərinin təşviq edilməsini təmin etmək. Satış Performansının İdarə Edilməsi: Şirkətin satış strategiyasını hazırlamaq və icrasına nəzarət etmək; Satış planlarının, büdcə göstəricilərinin və əsas performans indikatorlarının (KPI) yerinə yetirilməsini təmin etmək; Satış nəticələrinin müntəzəm monitorinqini aparmaq, performans fərqlərini təhlil etmək və korrektiv tədbirlər həyata keçirmək; Satış məhsuldarlığının artırılması məqsədilə data əsaslı qərarvermə mexanizmlərini inkişaf etdirmək; Müştəri əldəetmə, saxlanılma və loyallıq göstəricilərinin artırılmasına yönəlmiş təşəbbüsləri idarə etmək. Komanda və Strukturun İdarə Edilməsi: Böyükölçülü satış strukturunun effektiv idarə olunmasını və koordinasiyasını təmin etmək; Departament daxilində liderlik mədəniyyətinin formalaşdırılması və istedadların inkişafına rəhbərlik etmək; Performansa əsaslanan idarəetmə sistemlərini tətbiq etmək və komanda effektivliyini artırmaq; Satış komandalarının motivasiyası, inkişafı və davamlı nəticəyönümlü fəaliyyətini təmin etmək. Müştəri Təcrübəsi və Omni-Channel Satış: Müştəri məmnuniyyətinin artırılması və müştəri təcrübəsinin davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslərə rəhbərlik etmək; Fiziki, rəqəmsal və məsafədən satış kanallarının vahid satış strategiyası çərçivəsində inkişafını təmin etmək; Müştəri ehtiyaclarının daha dərindən öyrənilməsi və fərdiləşdirilmiş həllərin təqdim olunması istiqamətində fəaliyyət göstərmək. Tələb olunan bilik və bacarıqlar: Strateji düşüncə və biznes yönümlü qərarvermə bacarığı; Böyük satış strukturlarının idarə olunması üzrə güclü təcrübə; Satış strategiyasının hazırlanması və icrası üzrə dərin biliklər; Kommersiya fəaliyyətinin və bazar inkişafının idarə olunması təcrübəsi; Güclü liderlik, komanda quruculuğu və dəyişikliklərin idarə edilməsi bacarıqları; Müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti; Analitik düşüncə və data əsaslı qərarvermə bacarığı; Effektiv ünsiyyət, təqdimat və maraqlı tərəflərlə əməkdaşlıq bacarıqları; Sığorta bazarı və sığorta qanunvericiliyi üzrə biliklər; Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yüksək səviyyədə; Rus dili – arzuolunandır. Təhsil və təcrübə: Biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya digər uyğun sahələr üzrə ali təhsil; Satış, kommersiya və ya biznes inkişafı istiqamətində minimum 8 il peşəkar təcrübə; Böyük komanda və çoxşaxəli satış strukturlarının idarə olunması üzrə minimum 5 il rəhbərlik təcrübəsi; Sığorta, bankçılıq, maliyyə xidmətləri və ya geniş satış şəbəkəsinə malik sektorlarda təcrübə üstünlük hesab olunur; Cert CII və ya digər beynəlxalq peşəkar sertifikatlar üstünlükdür. Biz nə təklif edirik? Azərbaycanın aparıcı sığorta şirkətlərindən birində strateji liderlik imkanı; Şirkətin böyümə və transformasiya gündəminin formalaşdırılmasında birbaşa iştirak; Böyükmiqyaslı satış ekosisteminə rəhbərlik etmək imkanı; Güclü korporativ idarəetmə və yüksək performans mədəniyyəti; Davamlı peşəkar inkişaf və liderlik imkanları; "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.

*Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.