ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Pərakəndə kart biznesi sahəsinə biznes analitika üzrə baş mütəxəssis

🏢ABB📍Ünvan qeyd edilməyibTam ştat📅19.06.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

Görəcəyiniz işlər: Biznes tələblərini toplamaq, analiz etmək və sənədləşdirmək; Texniki komandalar üçün aydın və icra oluna bilən tələblər hazırlamaq; Yeni funksionallıqlar üzrə user story, acceptance criteria və proses təsvirləri yazmaq; Sistem davranışını biznes ehtiyacları ilə uyğunlaşdırmaq; QA və Development komandaları ilə test və düzəliş proseslərini izləmək; Layihə üzrə riskləri, blocker-ləri və açıq sualları müəyyən etmək; Confluence, Jira və digər alətlərdə sənədlərin aktuallığını təmin etmək; Tələblərin tam və aydın sənədləşdirilməsini təmin etmək; Proses və sistem dəyişikliklərinin biznes məqsədlərinə uyğunluğunu izləmək; Layihələrin vaxtında və keyfiyyətli icrasına dəstək vermək; Stakeholder-lər üçün şəffaf və izlənə bilən iş axınının formalaşdırılmasına töhfə vermək.

Vəzifə öhdəlikləri

Bizim üçün uyğun namizəd: • Ali təhsilə; • Biznes tələblərinin toplanması, analizi və sənədləşdirilməsi bacarıqlarına; • BPMN, flowchart və proses xəritələrinin qurulması bacarığına; • Sistemlərarası inteqrasiyaların və data flow-ların analiz edilməsi təcrübəsinə; • Agile/Scrum metodologiyası üzrə bilik və təcrübəyə; • Jira, Confluence və oxşar alətlərlə işləmə bacarığına; • Prioritetləşdirmə və scope idarəetməsi bacarığına; • API anlayışı, REST API və JSON strukturlarını oxuma və anlama bacarığına; • SQL üzrə baza biliklərinə və sadə sorğular yazmaq bacarığına; • UAT və regression test proseslərində iştirak təcrübəsinə; • Analitik düşüncə və problem həll etmə qabiliyyətinə; • Xüsusilə kart məhsulları, ödəniş sistemləri və rəqəmsal bank xidmətləri üzrə biliklərə; • Kartların verilməsi, aktivasiya/deaktivasiya, limit dəyişiklikləri və təhlükəsizlik tədbirləri üzrə biliklərə; • Kart şəbəkələri (Visa, MasterCard), clearing, switching, gateway sistemləri üzrə biliklərə; • Kart məlumatlarının qorunması və təhlükəsizlik standartlarının təmin edilməsi üzrə biliklərə; • Mərkəzi Bank tələbləri, AML/KYC qaydaları və digər normativlərə uyğunluq üzrə biliklərə; • Kart, mobil tətbiq və back-end sistemlərinin uzlaşdırılması və məlumat axınının təmin olunması üzrə təcrübəyə; • Tokenizasiya, mobil ödənişlər, biometrik təsdiq, virtual kartlar və s. üzrə biliklərə; • Məsuliyyətli, nəticəyönümlü və komanda ilə işləmə bacarığına sahib olan şəxsdir.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.