Onlayn satış üzrə təmsilçi (Sumqayıt)
İş təsviri və tələblər
Sahə üzrə minimum 1 il iş təcrübəsi; Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı; Məsuliyyətli, diqqətli və müştəriyönümlü olmaq.
Vəzifə öhdəlikləri
Müştərilərə məhsulların vaxtında və düzgün təhvilini təmin etmək. Onlayn təhvil məntəqəsi və kiosk vasitəsilə daxil olan sifarişlərin sistem üzrə onaylanması və rəsmiləşdirilməsini həyata keçirmək. Nağd və qeyri-nağd ödənişlərin düzgün qəbulunu təmin etmək. Müştərilərə məhsullar, xidmətlər və kampaniyalar barədə operativ məlumat vermək. Müştəri ilə peşəkar və nəzakətli ünsiyyət qurmaq, satış sonrası xidməti dəstəkləmək. Digər şöbələrdən gələn sorğulara təyin olunmuş vaxt çərçivəsindən aslı olaraq zamanında cavablandırmaq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.