ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Onlayn satış şöbə müdiri

🏢Baku Electronics📍Ünvan qeyd edilməyibTam ştat📅01.07.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

Digər şərtlər: E-commerce və ya onlayn satış sahəsində iş təcrübəsi; Güclü analitik düşüncə və məlumatlarla işləmə qabiliyyəti; Effektiv ünsiyyət və təqdimat bacarıqları; Problemləri operativ şəkildə analiz edib həll etmə bacarığı; Google Analytics və digər analitik alətlərlə işləmə bacarığı; CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür. Dil biliyi: İngilis - Orta; Rus - Orta. Kompüter biliyi: Microsoft Office - Yüksək; Google Analytics və ya digər veb-analitika alətləri ilə işləmə bacarığı - Orta; CRM sistemləri ilə iş təcrübəsi (müştəri bazasının idarə olunması, satış funnel izlənməsi) - Orta; E-commerce platformaları ilə işləmə təcrübəsi (sifarişlərin idarə olunması, məhsul yerləşdirilməsi və stok nəzarəti) - Orta. Təhsil səviyyəsi: Ali təhsil - bakalavriat. Sahə üzrə iş təcrübəsi: 4 - 6 il.

Vəzifə öhdəlikləri

Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfləri komanda üzvlərinə düzgün şəkildə bölüşdürmək və icrasına nəzarət etmək; Onlayn satışların artırılması və satış proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək; Şirkətin veb-saytları üzrə trafik göstəricilərini izləmək, problemləri analiz etmək və aradan qaldırılmasına nəzarət etmək; Gündəlik satış nəticələrini təhlil etmək, KPI göstəriciləri üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq; Brendlər üzrə bazar araşdırmaları aparmaq və rəqabət mühitini analiz etmək; Sayt üzərindən daxil olan sifarişləri izləmək, stok idarəçiliyi və çatdırılma proseslərinin effektivliyinə nəzarət etmək.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.