Onlayn satış şöbə müdiri
İş təsviri və tələblər
E-commerce və ya onlayn satış sahəsində iş təcrübəsi; Təhsil: Ali təhsil (bakalavriat); Sahə üzrə iş təcrübəsi: 4-6 il; Güclü analitik düşüncə və məlumatlarla işləmə qabiliyyəti; Google Analytics və digər analitik alətlərlə işləmə bacarığı; Microsoft Office - Yüksək; Google Analytics və ya digər veb-analitika alətləri ilə işləmə bacarığı - Orta; CRM sistemləri ilə iş təcrübəsi (üstünlük) və CRM sistemləri ilə işləmə bacarığı - Orta; E-commerce platformaları ilə işləmə təcrübəsi (sifarişlərin idarə olunması, məhsul yerləşdirilməsi və stok nəzarəti) - Orta; Effektiv ünsiyyət və təqdimat bacarıqları; Problemləri operativ şəkildə analiz edib həll etmə bacarığı; Dil biliyi: İngilis - Orta; Rus - Orta
Vəzifə öhdəlikləri
Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfləri komanda üzvlərinə düzgün şəkildə bölüşdürmək və icrasına nəzarət etmək; Onlayn satışların artırılması və satış proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək; Şirkətin veb-saytları üzrə trafik göstəricilərini izləmək, problemləri analiz etmək və aradan qaldırılmasına nəzarət etmək; Gündəlik satış nəticələrini təhlil etmək, KPI göstəriciləri üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq; Brendlər üzrə bazar araşdırmaları aparmaq və rəqabət mühitini analiz etmək; Sayt üzərindən daxil olan sifarişləri izləmək, stok idarəçiliyi və çatdırılma proseslərinin effektivliyinə nəzarət etmək.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.