Onlayn dəstək bölməsinin təmsilçisi
İş təsviri və tələblər
Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə arzu olunandır; Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti; Müştərilərlə səlis və aydın ünsiyyət qurmaq bacarığı; MS Ofis proqramlarından sərbəst istifadə bacarığı; Növbəli iş qrafiki və komandada işləmək qabiliyyəti; Klaviaturada sürətli çap etmək bacarığı.
Vəzifə öhdəlikləri
Müştəri müraciətlərini müxtəlif kanallar vasitəsilə operativ şəkildə cavablandıraraq düzgün və dolğun məlumat təqdim edərək, müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olursunuz. Şikayətləri qeydə alaraq, uyğun şöbələrə yönləndirir və kampaniyalar, ödəniş mexanizmləri barədə müştəriləri məlumatlandırırsınız.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.