Nəzarət Departamentinin Pərakəndə Kreditlərin Monitorinqi Şöbəsinin Baş Mütəxəssisi (Risk Control Analyst)
İş təsviri və tələblər
Bank sahəsində ən az 2 il iş təcrübəsi (nəzarət, risk, audit sahələri üstünlükdür); İqtisadi, maliyyə və ya idarəetmə sahəsində ali təhsil; Data ilə işləmə qabiliyyəti (yüksək səviyyədə SQL bilikləri mütləqdir); Dəqiqlik, detallara qarşı diqqətlilik; Kritik düşüncə qabiliyyəti; Güclü analitik və problem həll etmə qabiliyyətləri.
Vəzifə öhdəlikləri
Birbankın Nəzarət Departamenti kredit portfeli üzrə risklərin müəyyən edilməsi, gündəlik əməliyyatların monitorinqi və potensial risklərin vaxtında aşkarlanması istiqamətində çalışacaq təcrübəli mütəxəssis axtarır. Biz bankçılıq sahəsində analitik düşüncəyə malik, yeni yanaşmaları tətbiq etməyə açıq və müxtəlif strukturlarla effektiv kommunikasiyada olan komanda üzvü axtarırıq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.