Müştəri məmnuniyyəti üzrə kiçik təmsilçi
İş təsviri və tələblər
Tam orta və ya orta-ixtisas təhsili (ali təhsil arzuolunandır); Sahə üzrə iş təcrübəsi: 0–1 il; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (Rus dili biliyi arzuolunandır) — Rus: Orta; MS Office proqramları ilə işləmək bacarığı — Ms Office: Orta; Düzgün nitq və aydın diksiya; Yüksək məsuliyyət, operativlik və komandada effektiv işləmək həvəsi.
Vəzifə öhdəlikləri
Müştəri məmnuniyyəti üzrə kiçik təmsilçi Vəzifə funksiyaları Mağazalarda yerləşən xidmət nöqtələrində müştəri müraciətlərini qarşılamamaq və onlara peşəkar ilkin dəstək göstərmək; Müştərilərin şikayət, təklif və sorğularını daxili CRM sistemində vaxtında və tam düzgün qeydiyyata alaraq müvafiq struktur bölmələrinə yönləndirmək; Məsul olduğu müştəri sorğularını operativ şəkildə araşdırmaq, həlli istiqamətində zəruri addımlar atmaq və nəticə barədə müştərini vaxtında məlumatlandırmaq; Müştərilərə şirkətin qaydaları, servis şərtləri və müraciət statusları üzrə dəqiq və ətraflı məlumat vermək; Müştəri rəylərini, sistemli problemləri və təkrarlanan narazılıqları müvafiq rəhbərliyə və əlaqədar şöbələrə mütəmadi olaraq bildirmək;
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.