Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis
İş təsviri və tələblər
Ali təhsil (bakalavriat); Müştəri təcrübəsi (CX), Müştəri Xidmətləri və ya xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində 1–2 il iş təcrübəsi; Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (Rus dili biliyi arzuolunandır; Rus dili – orta səviyyə); MS Office — yüksək səviyyədə, xüsusilə Excel-də data analizi, pivot cədvəllər və təqdimatlar hazırlamaq bacarığı; Analitik düşüncə, data ilə işləmək və hesabatlılıq bacarığı; Problem həll etmə və prosesləri optimallaşdırma qabiliyyəti.
Vəzifə öhdəlikləri
Şirkətin müştərilər ilə qarşılıqlı əlaqə nöqtələrinin təhlili və inkişaf etdirilməsi istiqamətində təkliflər hazırlamaq və layihələri həyata keçirmək; Müştəri məmnuniyyətinin artırılması üzrə strateji tədbirlər planının hazırlanmasında və icrasında aktiv iştirak etmək; Müştəri müraciətlərini və rəylərini analiz etmək, təkrarlanan problemlərin və kök səbəblərin aşkar olunması üzrə hesabatlar hazırlamaq; Müştəri Məmnuniyyəti, Əlaqə Mərkəzi və digər müvafiq şöbələrlə sıx əməkdaşlıq edərək proseslərdə ortaq həll yolları tapmaq; Şöbə əməkdaşlarının aylıq və rüblük fəaliyyətinin dəyərləndirilməsi (keyfiyyət qiymətləndirilməsi) prosesində iştirak etmək; Həftəlik, aylıq və rüblük analitik hesabatları tərtib edərək departament rəhbərliyinə təqdim etmək; Əməkdaşlar üçün təlimatların, iş qaydalarının və standartların hazırlanmasında/yenilənməsində iştirak etmək, eyni zamanda daxili təlimlərin keçirilməsinə dəstək olmaq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.