Müqavilə üzrə Baş Mütəxəssis
İş təsviri və tələblər
• Ali təhsil (bakalavr dərəcəsi və ya ekvivalent) • Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) proqramlarına peşəkar səviyyədə yiyələnmək • Azərbaycan dili – səlis; İngilis dili – yaxşı səviyyədə • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
Vəzifə öhdəlikləri
• Müqavilə şərtləri və müddəaları ilə bağlı danışıqlar aparmaq • Müqavilələrə düzəlişlər və əlavələr hazırlamaq • Müqavilələrin icrasını razılaşdırılmış şərtlər çərçivəsində izləmək • Müqavilənin icrası zamanı yaranan problemləri analiz etmək və müvafiq tədbirlər görmək • Elektron müqavilə reyestri sistemini mütəmadi olaraq gözdən keçirmək və yeniləmək • Müvafiq struktural bölmələrlə müqavilələrin hazırlanmasında və koordinasiyasında iştirak etmək • Müqavilə müddətlərini, öhdəlikləri və dəyişiklikləri izləmək, müvafiq tərəflərə yeniliklər təqdim etmək • Müqavilə şərtləri ilə bağlı tərəfdaşlar, müqaviləçilər və müştərilərlə yazışmanı təmin etmək • Müqavilələrlə bağlı statistik və hesabat məlumatlarını hazırlamaq • Müqavilələrə dair daxili sorğulara cavab vermək və departamentlər arasında düzgün koordinasiyanı təmin etmək • Müqavilə idarəçiliyi ilə bağlı rüblük hesabatlar hazırlamaq və təqdim etmək
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.