Monitorinq şöbəsi üzrə Aparıcı mütəxəssis
İş təsviri və tələblər
Antifraud, maliyyə monitorinqi, kart biznesi, fraud araşdırmaları və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi; Ali təhsil; 24/7 monitorinq prosesini təmin edən növbəli iş rejimində işləmək imkanı; Dələduzluq hallarının və sxemlərinin müstəqil araşdırılması üzrə praktiki təcrübə; Antifraud qayda və ssenarilərinin hazırlanması və ya təkmilləşdirilməsi təcrübəsi; Visa və Mastercard kart əməliyyatlarının iş prinsipləri üzrə biliklər; Mobil və internet bankçılıq xidmətlərinin iş prinsipləri üzrə biliklər; Bank və rəqəmsal ödənişlər sahəsində əsas dələduzluq sxemləri üzrə biliklər; Güclü analitik düşüncə, məlumatların təhlili və araşdırma bacarıqları; Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili biliyi üstünlükdür; SQL üzrə biliklər arzuolunandır.
Vəzifə öhdəlikləri
Dələduzluq hallarının aşkarlanması və araşdırılması, fraud sxemlərinin təhlili, antifraud qayda və ssenarilərinin təkmilləşdirilməsi istiqamətində çalışacaq Monitorinq şöbəsi üzrə Aparıcı mütəxəssis axtarırıq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.