ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Risk, Nəzarət və Komplayens

Modellərin validasiyası chapter Modellərin validasiyası üzrə ekspert

🏢Kapital Bank📍Ünvan qeyd edilməyibTam ştat📅23.04.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

Təhsil: Riyaziyyat, Statistika, Ekonometrika, Maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil; İş təcrübəsi: minimum 3 il (model development/validation/risk analytics sahəsində üstünlükdür); Statistik modelləşmə və analitik metodlar üzrə güclü biliklər (regression, scorecard, ML əsasları); Data analitika alətləri ilə iş bacarığı (Python/Excel/SQL/DataIku/Tableau); GenAI və LLM əsaslı tətbiqlərin (chatbotlar, agentlər) əsas prinsipləri və istifadə riskləri barədə dərin bilik; Git və ya digər versiya nəzarət sistemləri ilə tanışlıq; Yüksək səviyyədə ünsiyyətqurma bacarıqları; Dil bilikləri: Azərbaycan, İngilis (B2/C1), (əlavə xarici dil bilikləri alqışlanır).

Vəzifə öhdəlikləri

Modellərin Validasiyası üzrə Ekspert rolu bankda istifadə olunan statistik və risk modellərinin etibarlılığını və düzgün işləməsini təmin etməyə yönəlib. Yeni işə qəbul olanacaq əməkdaş kredit riski, IFRS 9/ECL, davranış və digər analitik modelləri müstəqil şəkildə yoxlayıb, onların metodologiyasını, məlumat keyfiyyətini və performansını dərin analiz edəcək. Rolun əsas məqsədi model risklərini vaxtında aşkar etmək, çatışmazlıqlar üçün həll yolları təklif etmək və modellərin biznes qərarlarında düzgün istifadə olunmasını təmin etməkdir. Eyni zamanda, model sahibləri, developerlər və audit komandası ilə sıx əməkdaşlıq edərək, model idarəetmə və monitorinq proseslərini davamlı olaraq təkmilləşdirir.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.