Məlumatların İdarəolunması Departamentinin Rəhbəri
İş təsviri və tələblər
PAŞA Sığorta ASC namizədləri Məlumatların İdarəolunması Departamentinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Məlumatların İdarəolunması Departamentinin Rəhbəri şirkətin data strategiyasının formalaşdırılması və həyata keçirilməsinə rəhbərlik edən əsas lider rolunu daşıyır. Bu vəzifə şirkətin məlumatların idarə olunması, məlumat keyfiyyətinin artırılması, analitika və məlumat əsaslı qərarvermə imkanlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətinə strateji istiqamət verir və məlumatların şirkət üçün strateji aktivə çevrilməsini təmin edir. Eyni zamanda, müasir analitika, süni intellekt və data platformalarının inkişafı üçün strateji çərçivənin qurulmasına, məlumat idarəetməsi siyasətlərinin və standartlarının tətbiqinə rəhbərlik edir.
Vəzifə öhdəlikləri
Öhdəliklər Şirkətin data strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək, məlumatların biznes dəyərini artıran təşəbbüsləri formalaşdırmaq. Data və analitika vasitəsilə şirkətin gəlirliliyinin artırılması və biznes qərarlarının optimallaşdırılmasına töhfə vermək. Underwriting, risk qiymətləndirilməsi, müştəri davranışı və fraud detection kimi istiqamətlər üzrə məlumat əsaslı analitik modellərin və həllərin inkişafını dəstəkləmək. Müasir AI və advanced analytics alətlərinin tətbiqi ilə sığorta məhsullarının qiymətləndirilməsi, risk modellərinin təkmilləşdirilməsi və əməliyyat effektivliyinin artırılması təşəbbüslərinə rəhbərlik etmək. Məlumat bazalarının idarə olunması, məlumat arxitekturası və məlumat idarəetməsi istiqamətləri üzrə departament fəaliyyətini planlaşdırmaq və inkişaf etdirmək. Şirkət üzrə data governance çərçivəsinin, siyasətlərin və standartların hazırlanmasına və tətbiqinə rəhbərlik etmək. Məlumat keyfiyyətinin artırılması və məlumatların düzgünlüyünün təmin edilməsi üçün sistem və nəzarət mexanizmlərini qurmaq. Biznes bölmələri ilə əməkdaşlıq edərək məlumat və analitika vasitəsilə strateji qərarvermə proseslərini dəstəkləmək. Müxtəlif biznes istiqamətləri üçün advanced analytics və BI həllərinin tətbiqinə rəhbərlik etmək. Müştəri təcrübəsinin və biznes performansının yaxşılaşdırılması məqsədilə data-driven analitika və modelləşdirmə imkanlarını inkişaf etdirmək. Şirkət daxilində data əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması və yayılması üçün təşəbbüslər həyata keçirmək. ETL proseslərinin, məlumat inteqrasiyası və məlumat platformalarının dizaynına və inkişafına nəzarət etmək. Yeni məlumat sistemlərinin yaradılması və mövcud sistemlərin təkmilləşdirilməsi üzrə layihələri idarə etmək. Departament üzrə strateji təşəbbüslərin icrası və nəticələri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Bilik və Bacarıqlar Microsoft SQL Server, Azure SQL / Data Warehouse, Integration Systems, Data Architecture, Reporting Systems, Data Analytics, Data Governance, Microsoft Office, SSMS, SSIS, SSRS, Power BI kimi texnologiyalardan istifadə bacarığı. Analitik düşüncə və strateji qərarvermə qabiliyyəti. Mürəkkəb problemlərin həlli bacarığı. Effektiv kommunikasiya və təsiretmə bacarığı. Dəqiqlik, məsuliyyət və nəticələrə fokuslanma. İdarəetmə və koordinasiya bacarığı. Adaptasiya və dəyişikliyin idarə olunması. Nəticələrə yönümlülük. Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə; magistr dərəcəsi üstünlükdür). Məlumatların idarəolunması və əlaqəli sahədə minimum 5 il iş təcrübəsi. Bizim Təklifimiz Peşəkar və innovativ komanda ilə əməkdaşlıq imkanı. Şirkətin inkişafında real təsir və strateji rol oynamaq imkanı. Fərdi və peşəkar inkişaf üçün dəstək və resurslar. Şəffaflıq və açıq kommunikasiyaya əsaslanan korporativ mədəniyyət. 'Great Place To Work' sertifikatlı şirkətdə çalışma imkanı.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.