Məhsul üzrə menecer
İş təsviri və tələblər
Yaş: 25-45; Tibb üzrə ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Azərbaycan dilində səlis danışıq və yazma bacarığı; Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür; Komandada işləmə bacarığı; Peşəkar ünsiyyət qurma bacarığı; İnkişafa və öyrənməyə meyilli; MS Office proqramları ilə işləmə bacarığı; Analitik təfəkkür; İşində dəqiq və məsuliyyətli; Yüksək səviyyədə təqdimat bacarığı.
Vəzifə öhdəlikləri
Vəzifə öhdəlikləri: Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması; Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi; Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması; Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması; Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi; Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.