Məhkəmə işləri üzrə təcrübəçi
İş təsviri və tələblər
PAŞA Sığorta ASC namizədləri Məhkəmə işləri üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə Hüquq Departamentinin fəaliyyətinə dəstək göstərərək məhkəmə proseslərində sənədlərin hüquqi ekspertizasının aparılması, iddia ərizələrinin hazırlanması və müvafiq sistemlərə yüklənməsi kimi əsas funksiyaları əhatə edir, eyni zamanda hüquqi biliklərin tətbiqi və komandada səmərəli əməkdaşlıq imkanları yaradır. Öhdəliklər Məhkəmələrdə iddiaların qaldırılması üçün sənədlərin hüquqi ekspertizasını həyata keçirmək; Sənədləri sistemləşdirmək və iddia ərizələrini tərtib etmək; İddia ərizələrini və digər sənədləri müvafiq sistemə yükləmək. Bilik və Bacarıqlar Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək; Yaxşı səviyyədə hüquqi yazı bacarıqları; MS Office proqramlarını (Word, Excel) praktiki yaxşı səviyyədə bilmək; Mülki, sığorta, əmək və prosessual qanunvericilik üzrə əsas biliklər; Komandada işləmək və yüksək ünsiyyət bacarıqları; Çətin şəraitdə işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı; Təşəbbüskarlıq və idarəçilik bacarıqları. Təhsil və Təcrübə Hüquq fakültəsinin sonuncu kursunda təhsil alan və ya yeni məzun olmuş şəxslərə üstünlük verilir. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı; Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar; Şəffaf və açıq korporativ mədəniyyət; "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vəzifə öhdəlikləri

İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.