ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Marketinq üzrə baş mütəxəssis

🏢Baku Electronics📍Ünvan qeyd edilməyibTam ştat📅05.09.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

Ali təhsil (Marketinq, Menecment və ya İctimaiyyətlə əlaqələr üzrə bakalavr və ya magistr dərəcəsi); Sahə üzrə iş təcrübəsi: 3–5 il (Marketinq kommunikasiyaları və KİV sahəsində minimum 3 il iş təcrübəsi); Yaradıcı və innovativ düşüncə tərzi, ideya irəli sürmə qabiliyyəti; Güclü yazı bacarıqları (məqalə, press-reliz, elan və təqdimat hazırlamaq); Rəqəmsal və ənənəvi marketinq alətlərində praktiki təcrübə; MS Office proqramları, sosial media platformaları və marketinq alətləri ilə işləmək bacarığı; Komanda ilə işləmək, təşkilatçılıq və analitik düşüncə bacarığı; Dil bilikləri: Rus – Orta; İngilis – Orta; Kompüter bilikləri: Ms Office (Word, Excel, PowerPoint) – Yüksək; Google Ads, Google Analytics, SEO/SEM alətləri – Orta.

Vəzifə öhdəlikləri

Şirkətin marketinq kommunikasiyaları strategiyasını hazırlamaq və həyata keçirmək; Mətbuat, KİV və ictimaiyyətlə əlaqələrin qurulması və idarə olunması; Kreativ marketinq və reklam ideyalarının hazırlanması və icrası; Mətbuat yazıları, elanlar və təqdimatların hazırlanması; Ənənəvi və rəqəmsal marketinq kanallarından (TV, radio, sayt, banner reklamları, sosial media, influencer marketinq) səmərəli istifadə; Sponsorlar və digər tərəfdaşlarla əməkdaşlıq münasibətlərini inkişaf etdirmək; Marketinq layihələrinin koordinasiyası və vaxtında icrası.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.