Marketinq Təcrübəçisi
İş təsviri və tələblər
Marketinq, Biznes, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə bakalavr/magistr məzunu. Məhsul marketinqinə (Product Marketing) böyük maraq və bu sahədə davamlı inkişaf etmək istəyi. Rəqəmlərlə işləmək bacarığı, güclü analitik və məntiqi düşüncə. Azərbaycan dilində mükəmməl (sərbəst) yazı və danışıq; ingilis dili ən azı orta (B1/B2) və ya yaxşı səviyyədə. MS Excel və MS PowerPoint proqramları ilə işləmək bacarığı. Yüksək məsuliyyət hissi və təşəbbüskarlıq (proaktivlik). Yeni məlumatları və alətləri tez mənimsəmək (öyrənmə) bacarığı. Güclü kommunikasiya və komandada işləmək bacarığı. Detallara qarşı yüksək diqqətlilik.
Vəzifə öhdəlikləri
Sürətlə böyüyən ekosistemimizin bir parçası olaraq, marketinq dünyasına ilk addımlarını atmağa hazır olan dinamik və öyrənməyə həvəsli bir Marketinq təcrübəçisi axtarırıq! Bu rol sadəcə gündəlik tapşırıqları icra etmək deyil, həm də real layihələrdə iştirak edərək məhsul marketinqinin (Product Marketing) sirlərinə yiyələnmək, analitik data ilə işləmək və yaradıcı ideyaları reallığa çevirmək üçün mükəmməl bir fürsətdir. Komandamızda sənə sahənin peşəkarlarından öyrənmək, real təcrübə qazanmaq və karyerana güclü bir başlanğıc etmək imkanı təklif edirik.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.