Marketinq layihələrinin idarə edilməsi üzrə mütəxəssis
İş təsviri və tələblər
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Ali təhsil (bakalavriat); Microsoft Office və Google alətlərindən (Sheets, Docs, Slides) sərbəst istifadə; Analitik düşünmə tərzi; Ünsiyyətcil olmaq və təqdimat bacarığı; Strateji planlaşdırma və problemləri həll etmək bacarığı; Operativ və düzgün qərar vermək bacarığı; Problemləri həll etmə bacarığı; Layihə idarəetmə alətləri (məsələn, Trello, Bitrix24) üzrə baza bilikləri; Dil biliyi: Azərbaycan – Yüksək, İngilis – Orta; Kompüter biliyi: Tələb olunmur.
Vəzifə öhdəlikləri
Layihənin məqsəd və hədəflərini müəyyənləşdirmək, əhatə dairəsini, büdcəsini, zaman cədvəlini və resurs tələblərini hazırlamaq; Vendor və partnyorlar ilə işin təşkili, aparılmış işin analizi və reportların hazırlanması. Tələb olunan işin daxili komandalar və podratçı şirkətlər ilə təşkil etmək. Partnyorlar və vendorlar arasında effektiv kommunikasiyanı təmin etmək, planlanmış işin aidiyyatı tərəflər ilə uyğun formatda həyata keçirilməsini izləmək; Şirkət daxili aidiyyatı tərəflər ilə layihələrin aparılması, izlanması və təşkilini təmin etmək. Dəyişikliklərə operativ iş planı hazırlamaq və təqib etmək. Daxili brendlərin layihələrinin təşkili və nəzarəti. Ümumi brend tanınırlığının təşviqi üzrə addımların təklifi və icrası. Layihələrin icrasına nəzarət etmək və zaman cədvəlindəki irəliləyişi izləmək; Layihələrin bütün mərhələləri üzrə keyfiyyət standartlarının qorunmasına nəzarət etmək; Layihələr ilə bağlı yaranan problemlərin həlli və mübahisəli məsələlərin idarə edilməsi; Layihənin risklərini müəyyən etmək və onları azaltmaq üçün strategiyalar hazırlamaq; Layihənin irəliləyişi haqqında daxili komandaya və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Layihə başa çatdıqdan sonra yekun hesabat hazırlamaq, layihənin nəticələrini qiymətləndirmək və gələcək layihələr üçün tövsiyələr hazırlamaq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.