ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Marketinq layihələrinin idarə edilməsi üzrə mütəxəssis

🏢Baku Electronics📍Ünvan qeyd edilməyib⏳Tam ştat📅05.10.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

•

Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalı; Microsoft Office və Google alətlərindən (Sheets, Docs və Slides tipli köməkçi proqramlar) sərbəst işləməli; Analitik düşünmə tərzi, ünsiyyətcil olmalı və təqdimat bacarmalı; Strateji planlaşdırma və problemləri həll etməli; Operativ və düzgün qərar verməyi bacarmalı; Problemləri həll etmə bacarığı olmalı; Layihə idarəetmə alətləri (məsələn, Trello, Bitrix24) üzrə baza bilikləri; Dil biliyi: Azərbaycan - səlis (yüksək); İngilis - orta; Rus dili bilikləri arzuolunandır; Kompüter biliyi: Tələb olunmur.

Vəzifə öhdəlikləri

Vəzifə funksiyaları: - Layihənin məqsəd və hədəflərini müəyyənləşdirmək, əhatə dairəsini, büdcəsini, zaman cədvəlini və resurs tələblərini hazırlamaq; - Vendor və partnyorlar ilə işin təşkili, aparılmış işin analizi və reportların hazırlanması. - Tələb olunan işin daxili komandalar və podratçı şirkətlər ilə təşkil etmək. - Partnyorlar və vendorlar arasında effektiv kommunikasiyanı təmin etmək, planlanmış işin aidiyyatı tərəflər ilə uyğun formatda həyata keçirilməsini izləmək; - Şirkət daxili aidiyyatı tərəflər ilə layihələrin aparılması, izlanması və təşkilini təmin etmək. - Dəyişikliklərə operativ iş planı hazırlamaq və təqib etmək. - Daxili brendlərin layihələrinin təşkili və nəzarəti. - Ümumi brend tanınırlığının təşviqi üzrə addımların təklifi və icrası. - Layihələrin icrasına nəzarət etmək və zaman cədvəlindəki irəliləyişi izləmək; - Layihələrin bütün mərhələləri üzrə keyfiyyət standartlarının qorunmasına nəzarət etmək; - Layihələr ilə bağlı yaranan problemlərin həlli və mübahisəli məsələlərin idarə edilməsi; - Layihənin risklərini müəyyən etmək və onları azaltmaq üçün strategiyalar hazırlamaq; - Layihənin irəliləyişi haqqında daxili komandaya və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; - Layihə başa çatdıqdan sonra yekun hesabat hazırlamaq, layihənin nəticələrini qiymətləndirmək və gələcək layihələr üçün tövsiyələr hazırlamaq.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.