Mağaza müdiri
İş təsviri və tələblər
Ali təhsil - bakalavriat (biznes, idarəetmə və ya əlaqəli sahə üstünlükdür); Mağaza idarəçiliyi, satış və ya pərakəndə sektorunda 3-5 il iş təcrübəsi; Liderlik və komanda idarəçiliyi bacarıqları; Satış prosesləri, merçendayzinq və kassa-anbar əməliyyatları barədə biliklər; Şikayət və problem həll etmə bacarıqları; Rəqəmlərlə işləmək, satış göstəricilərini analiz etmək bacarığı; Güclü kommunikasiya bacarıqları, müştəriyönümlü yanaşma; Yüksək məsuliyyət, operativlik və təşkilatçılıq qabiliyyəti; MS Office proqramlarında sərbəst istifadə bacarığı (Ms Office - Yüksək); Stressə davamlılıq və dinamik mühitdə işləmək bacarığı; Dil biliyi: tələb olunmur
Vəzifə öhdəlikləri
Mağazada Baku Electronics-in standartlarının, biznes proseslərinin və daxili qaydaların icrasını təmin etmək Mağazanın gündəlik fəaliyyətini təşkil etmək: açılış/bağlanış, səliqə-sabitlik, vitrin və iş yerlərinin hazır vəziyyətdə olmasına nəzarət Komandanın idarə olunması: heyətin motivasiyası, istiqamətləndirilməsi, gündəlik brifinqlərin keçirilməsi, hədəflərin bölüşdürülməsi Satış planlarının və kampaniyaların icrasını təmin etmək, nəticələri analiz etmək Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək Əməliyyat, kassa, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işini təmin etmək və yaranan problemlərin əlaqədar şöbələrlə operativ həllini təşkil etmək Satış performansını, müştəri axını və digər əsas göstəriciləri təhlil etmək, gündəlik/ həftəlik/ aylıq hesabatlar hazırlamaq Zədəli və servisə göndərilən malların aktlaşdırılması və vaxtında göndərilməsinə nəzarət etmək Heyətin təlim ehtiyaclarını müəyyən etmək, təlim sifarişləri vermək, yeni işçilərin adaptasiya prosesini izləmək Sayım proseslərini təşkil etmək və maddi məsuliyyət çərçivəsində stok dövriyyəsinə nəzarət etmək Bölgə müdirinə mağazanın fəaliyyəti ilə bağlı gündəlik və periodik hesabatlar təqdim etmək
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.