(Lənkaran filialı) Kiçik və Orta Biznes Kreditlərinin Satışı üzrə Təcrübəçi / Kiçik Mütəxəssis / Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis
İş təsviri və tələblər
* Ali təhsil;
* İş təcrübəsi - Bank sahəsində minimum 6 ay;
* Satış və təqdimat bacarıqları;
* Riyazi biliklər;
* Danışıqlar aparmaq və inandırmaq bacarığı;
* Kredit məhsulları üzrə ilkin biliklər;
* Yeni müştərilərin axtarışı və əlaqələrin idarə olunması bacarığı;
* Korporativ satış sahəsində təcrübə üstünlükdür;
* Maliyyə təhlili və biznes analizinə maraq;
* Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri
* Biznes müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması; * Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması; * Bankın məhsul və xidmətlərinin biznes müştərilərə satışının həyata keçirilməsi; * Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək; * Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak; * Bankın məhsul xəttinin genişləndirilməsi, məhsul və xidmətlərin həcminin artırılması üçün biznes müştərilərin və onların əsas kontragentlərinin bank xidmətləri üzrə ehtiyaclarının təhlili və öyrənilməsi; * Biznesin olduğu yerə məcburi baxış (tələb olunursa) keçirilməklə və maliyyə-təsərrüfat fəaliyyəti qiymətləndirilməklə potensial müştərilərin maliyyə-iqtisadi təhlilinin aparılması; * Kreditin verilməsi barədə qərara təsir göstərən risk və digər neqativ amillərin qiymətləndirilməsi; * Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq; * Kredit Alanın gecikdirilmiş kreditləri üzrə maliyyə vəziyyətini və kreditin geri qaytarılma perspektivlərini müəyyənləşdirmək üçün monitorinqin həyata keçirilməsi; * Kredit Alan tərəfindən kreditin geri qaytarılması öncədən razılaşdırılmış məbləğdə və müddətdə olmadığı təqdirdə, bu halın davam etməsi zamanı onu gələcəkdə gözləyəcək hüquqi məsələlərlə bağlı təlimatlandırmaq məqsədilə görüşün təşkili; * Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi; * Kreditlərin verilməsi və qeyri-kredit məhsullarının satışı üzrə fərdi planları yerinə yetirmək; * Təsdiq olunmuş qaydada, digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə, kreditin verilməsi barədə qərar qəbul edilməsi üçün rəyin hazırlanması; * Kreditin verilməsi haqqında qərar barəsində borcalanın məlumatlandırılması; * Kredit portfeli üzrə zəruri hesabatların hazırlanması; * Şöbə üzrə təyin edilmiş fəaliyyət göstəricilərinin icrası.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.