Kredit risklərinin təhlili departamentinin KOS kreditlərin təhlili şöbəsinin mütəxəssisi (Naxçıvan zonası üzrə)
İş təsviri və tələblər
• Ali təhsil; • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları; • Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti; • Məsuliyyətlilik və dəqiqlik; • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti; • Bank qanunvericiliyini bilmək;
Vəzifə öhdəlikləri
Kiçik və orta sahibkarlıq (SME) subyektlərinin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması məqsədilə müştərilərin maliyyə və biznes təhlilinin həyata keçirilməsi üçün aparıcı və baş mütəxəssis vəzifəsinə uyğun namizədlərin axtarışındayıq. Əməkdaşın əsas rolu borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirməklə öhdəliklərin düzgün strukturlaşdırılmasını təmin etmək və onlar barədə rəylərin verilməsindən ibarət olacaq. Professional bir komandanın üzvü olacaq bu əməkdaşlardan yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, analitik düşünmə və çevik qərarvermə qabiliyyəti, məsuliyyətlik, dəqiqlik, risklərin düzgün qiymətləndirilməsi və bankdaxili normativ qaydaların tam olaraq qorunmasına nəzarət tələb olunur.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.