Kredit Portfelinə Nəzarət Departamentinin Kreditləşmə Şərtlərinə Nəzarət Şöbəsinin Müdiri
İş təsviri və tələblər
Ali iqtisadi təhsil; Bank və ya maliyyə sahəsində nəzarət, audit, kreditlərin monitorinqi və ya kredit risk idarəçiliyində minimum 3 il rəhbərlik təcrübəsi; Təqdimat və kommunikasiya bacarıqları; Analitik düşüncə; Liderlik bacarığı; BI alətlərindən (Tableau, Power BI, Dataiku), Excel və SQL yüksək səviyyədə istifadə etmək bacarığı; Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi (Rus dili biliyi arzuolunandır).
Vəzifə öhdəlikləri
Birbankda Kredit Portfelinə Nəzarət Departamentinin Kreditləşmə şərtlərinə nəzarət şöbəsinə analitik düşüncəyə və liderlik bacarıqlarına malik, kreditlərin monitorinqini həyata keçirəcək, kredit portfelinin keyfiyyətinə və kreditləşmə şərtlərinə nəzarət edəcək, aşkar edilmiş nöqsan və risklərin aradan qaldırılması üçün tövsiyələr verəcək və kreditləşmə prosesinin Bankın daxili qayda və prosedurlarına uyğunluğunu təmin edəcək peşəkar axtarırıq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.