Komplayens hesabatlığı şöbəsinin aparıcı mütəxəssisi (SQL/Data)
İş təsviri və tələblər
Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, informasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə); Komplayens, risk idarəetməsi və/və ya hesabatlılıq sahəsində minimum 1–2 il iş təcrübəsi; SQL bilikləri (məlumat bazaları ilə işləmə, sorğu yazma, analiz etmə bacarığı); Data analiz və vizuallaşdırma bacarıqları (Power BI, Dataiku, Tableau və s.); PL/SQL-dən əlavə proqramlaşdırma dillərində (HTML/CSS/XML/JSON) biliklər.
Vəzifə öhdəlikləri
Birbank-ın strateji fəaliyyətində mühüm rol oynayan Komplayens hesabatlığı şöbəsinə komanda yoldaşı axtarırıq. Bu rol Bankın komplayens hesabatlarının hazırlanması, müvafiq daxili strukturları və dövlət qurumlarına dəqiq və vaxtında təqdim olunmasını əhatə edir. Bu vəzifədə Siz həm gündəlik hesabatların hazırlanmasında, həm də yeni regulyativ tələblərə uyğun proseslərin qurulmasında iştirak edəcəksiniz. Sizin işiniz yalnız hesabatların hazırlanması ilə məhdudlaşmayacaq, həm də Bankın sabit fəaliyyətinə və risklərin effektiv idarə olunmasına mühüm töhfə verəcək.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.