ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Keyfiyyət Təminatı (QA) üzrə mükəmməllik mərkəzinin rəhbəri

🏢Paşa Sığorta📍Ünvan qeyd edilməyib⏳Tam ştat📅02.10.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

•

PAŞA Sığorta ASC namizədləri Keyfiyyət Təminatı (QA) üzrə mükəmməllik mərkəzinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Biz məhsulun təkmilləşdirilməsi prosesini genişləndirir və əsas funksionallıq kimi keyfiyyət mühəndisliyinə sərmayə qoyuruq. Siz məhsul komandalarımızda Keyfiyyət Təminatı (QA) funksiyasına rəhbərlik edəcəksiniz: keyfiyyət strategiyasını müəyyənləşdirəcək, testlərin avtomatlaşdırılmasını təmin edəcək, süni intellektə əsaslanan testləri tətbiq edəcək və kross-funksional komandalarda çalışan QA mühəndislərindən ibarət heyəti inkişaf etdirəcəksiniz. Bu rol praktiki mühəndislik rəhbərliyi ilə komanda idarəçiliyini birləşdirir və birbaşa rəhbərlik tərəfindən dəstəklənir.

Vəzifə öhdəlikləri

Öhdəliklər Məhsul komandalarında istifadə olunan test strategiyasını, standartları və təcrübələri müəyyən etmək və təkmilləşdirmək; CI/CD-də buraxılışın keyfiyyət prosesinə cavabdeh olmaq: keyfiyyət qapıları, buraxılış test hesabatları, riskə əsaslanan "go/no-go" tövsiyələri; Prioritetləri istiqamətləndirmək üçün QA metrikalarını (kritik istifadəçi yollarının əhatə dairəsi, izləniləbilirlik, avtomatlaşdırılmış reqressiya dərəcəsi, dəyişikliklərin uğursuzluq dərəcəsi) idarə etmək; "Shift-left" təcrübələri və tələblərin test edilə bilməsi üzərində Biznes Analiz, Proqram Təminatı və Məhsul komandaları ilə işləmək; Keyfiyyəti biznes riski kimi təqdim edərək, buraxılış qərarlarında texniki rəhbərlər və məhsul sahibləri ilə tərəfdaşlıq etmək; API-first yanaşması ilə avtomatlaşdırma "roadmap"ini idarə etmək: CI/CD-də işləyən "contract testing", biznes ssenari testləri, kritik yollarda fokuslanmış E2E testlər; Proqram təminatı komandaları ilə birlikdə test piramidasını formalaşdırmaq, reqressiya əhatəsini, testin stabilliyini, test məlumatlarını və mühitləri idarə etmək; QA alətlərinin landşaftına (testlərin idarə edilməsi, hesabatlılıq, "pipeline" inteqrasiyaları) sahiblənmək; Həlləri prototipləşdirmək və mühəndislərə bu sahədə təlim keçmək üçün kifayət qədər praktiki təcrübəni qorumaq; Süni intellektə əsaslanan testləri təchizat prosesinə daxil etmək: tələblərdən və API spesifikasiyalarından LLM əsasında test keyslərin və avtomatlaşdırılmış testlərin yaradılması (insan yoxlaması mərhələləri ilə); Süni intellektə əsaslanan test "pipeline"ını pilot mərhələsindən məhsul komandalarında standart təcrübəyə keçirmək, onu CI/CD və test idarəetmə alətləri ilə inteqrasiya etmək; QA-də süni intellektdən təhlükəsiz istifadə üçün qaydaları müəyyən etmək: məlumatların idarə edilməsi, yoxlama öhdəlikləri, yaradılmış artefaktlar üçün keyfiyyət meyarları; Effekti ölçmək: süni intellekt tərəfindən yaradılan test artefaktlarının payı, qənaət edilən vaxt, əhatə dairəsinə təsir; QA mühəndislərinə rəhbərlik etmək, onları öyrətmək və inkişaf etdirmək: səriştə çərçivəsi, inkişaf planları, müntəzəm 1:1 görüşlər; Komanda daxilində avtomatlaşdırma və süni intellekt bacarıqlarını inkişaf etdirmək, manual testdən avtomatlaşdırma və keyfiyyət mühəndisliyinə doğru karyera yolları yaratmaq; Məhsul komandaları arasında resursları və əhatə dairəsini planlaşdırmaq, ehtiyac olduqda işə qəbul etmək; Mühəndislərin öz komandaları daxilində keyfiyyət qərarları verdiyi sahiblənmə mədəniyyətini formalaşdırmaq. Bilik və Bacarıqlar Test avtomatlaşdırmasının qurulması və CI/CD-yə (GitLab üstünlükdür) inteqrasiyası üzrə təcrübə; Güclü API testinq təcrübəsi; "contract testing" təcrübəsi üstünlükdür; Süni intellekt/LLM alətlərinin testlərdə tətbiqi üzrə praktiki təcrübə və onların komanda miqyasında tətbiqinə rəhbərlik etməyə hazır olmaq; Məhsul təşkilatında keyfiyyət qapıları, standartlar və QA metrikalarının tətbiqi üzrə təcrübə; Mühəndislərin inkişaf etdirilməsi, rəy verilməsi və tapşırıqların ötürülməsi daxil olmaqla, sübut olunmuş liderlik bacarıqları; Texniki rəhbərlər, məhsul sahibləri və yuxarı rəhbərliklə effektiv ünsiyyət qurma bacarığı; Sığorta və ya bankçılıq sahəsi, tənzimlənən mühitlər, DORA metrikaları, Python və iş axınının avtomatlaşdırılması (n8n və ya oxşar) ilə tanışlıq üstünlükdür; Dil bilikləri: Azərbaycan, İngilis. Təhsil və Təcrübə Keyfiyyət Təminatı (QA) sahəsində 6 ildən artıq, o cümlədən çoxsaylı Agile komandalarında QA funksiyalarına rəhbərlik üzrə ən azı 2 il iş təcrübəsi. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.