ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Elm, Texnologiya və Mühəndislik

Java Developer (Junior)

🏢YeloBank📍Ünvan qeyd edilməyibTam ştat📅03.04.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

* İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil * Java proqramlaşdırma üzrə iş təcrübəsi * Obyekt yönümlü proqramlaşdırma (OOP – Object-Oriented Programming) prinsiplərini bilmək * Spring Framework və ya Spring Boot haqqında ilkin biliklər * SQL və verilənlər bazaları üzrə baza bilikləri * REST API anlayışı və JSON ilə işləmə bacarığı * Git versiya nəzarət sistemi ilə işləmək bacarığı * Problem həll etmə və analitik düşünmə bacarığı * Komandada işləmək və öyrənməyə açıq olmaq * Azərbaycan dili sərbəst, ingilis dili üzrə texniki sənədləri oxuma səviyyəsində bilik Üstünlük hesab olunur: * Oracle, PostgreSQL və ya MySQL verilənlər bazaları ilə tanışlıq * Docker haqqında ilkin biliklər * Maven və ya Gradle build alətləri ilə tanışlıq * Jira və ya digər task management alətləri ilə işləmə təcrübəsi * Bank, fintech və ya rəqəmsal məhsullar üzrə maraq

Vəzifə öhdəlikləri

Yelo Bank komandasına qoşulmaq üçün Junior Java Developer axtarırıq. Bu vəzifədə siz bankın rəqəmsal məhsullarının və daxili sistemlərinin inkişaf etdirilməsi, mövcud funksionallıqların təkmilləşdirilməsi və yeni həllərin hazırlanmasında iştirak edəcəksiniz. Siz təcrübəli proqramçılar, biznes analitiklər, test komandası və digər İT komandaları ilə birlikdə işləyərək layihələrin hazırlanmasında və tətbiqində rol alacaqsınız. Əsas vəzifələr: * Java əsaslı tətbiqlərin hazırlanmasında iştirak etmək * Mövcud sistemlərdə dəyişiklik və təkmilləşdirmələr etmək * Yeni funksionallıqların hazırlanması və test prosesində iştirak etmək * REST API-lərlə işləmək və inteqrasiyalarda iştirak etmək * SQL sorğularının yazılması və verilənlər bazası ilə işləmək * Texniki sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək vermək * Komanda daxilində code review və bilik paylaşımı proseslərində iştirak etmək * Tapşırıqları müəyyən olunmuş müddətlərdə yerinə yetirmək * Problemlərin araşdırılması və həllində iştirak etmək

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.