IT Biznes Analitik (Sistem Analitiki)
İş təsviri və tələblər
Minimum 3 illik IT Biznes Analitik olaraq təcrübə. Rus dili üzrə mükəmməl bilik. Biznes proseslər analizində və/və ya məhsul analizində praktiki təcrübə. Səmərəsizliklərin müəyyən edilməsi, iş axınlarının optimallaşdırılması və biznes proseslərinin inkişafı üzrə təcrübə. Biznes analiz sənədləri və tələblər artefaktlarının yaradılması və saxlanması üzrə təcrübə. Çətin problemləri parçalayıb praktik həlləri müəyyən etmək qabiliyyəti ilə güclü analitik və tənqidi düşüncə bacarıqları. Funksional və qeyri-funksional tələbləri idarə etmək və sənədləşdirmək üzrə təcrübə. Proqram təminatının inkişaf dövrü (SDLC) prinsipləri və praktikasından xəbəri olmaq. Biznes və texniki tərəfdaşlarla səmərəli ünsiyyət qurma qabiliyyəti. Sistem arxitekturası, inteqrasiyalar, API-lər, verilənlər bazaları və proqram tətbiqləri haqqında anlayış.
Vəzifə öhdəlikləri
Təcrübəli IT Biznes Analitiki axtarırıq ki, tələbelerin toplanmasından və tərəfdaşlarla əlaqələrdən başlayaraq, sənədləşdirmə, təsdiqləmə və təqdimat komandalarına ötürülmə mərhələsinə qədər tam biznes analiz dövrünü idarə etsin. Uğurlu namizəd biznes tələblərini müəyyən etmək, prosesləri və sistemləri analiz etmək, tələbləri sənədləşdirmək və layihə dövrü boyunca biznes tərəfdaşları ilə texniki komandalar arasında uyğunluğun təmin edilməsindən məsuldur.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.