Hüquq Departamentinin Arxiv Şöbəsi üzrə Mütəxəssisi
İş təsviri və tələblər
Bankçılıq sahəsi üzrə ümumi biliklərə malik olmaq. Sürətli öyrənmə qabiliyyəti, analitik düşüncə və problemlərin həlli istiqamətində effektiv yanaşma nümayiş etdirmək. Detallara yüksək diqqət, dəqiqlik və təcili işlərə operativ yanaşma bacarığı. Ali təhsil (Arxiv işi, kargüzarlıq və ya əlaqəli sahələr üzrə biliklərə üstünlük verilir; müvafiq sahədə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir). MS Office proqramlarında (Word, Excel) və internet resursları ilə işləmə bacarığı. Yaradıcılıq, təşəbbüskarlıq, məsuliyyətlilik və özünü inkişaf etdirməyə açıq olmaq.
Vəzifə öhdəlikləri
Birbank hüquq departamentinin arxiv şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün detallara qarşı diqqətli, problemlərin həllinə köməklik edən, təşəbbüskar namizəd axtarırıq. Qanunvericilik normalarına riayət etmək və bankdaxili işlərin prosedur qaydalarına əsasən təşkil etmək əsas məqsədimizdir.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.