Fiziki şəxslərə xidmət üzrə Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
İş təsviri və tələblər
* Ali təhsil;
* İş təcrübəsi - qeyd olunan sahə üzrə minimum 1 il;
* Ünsiyyət qurmaq və satış bacarığı;
* Riyazi biliklər;
* Komandada işləmək bacarığı.
Biz Sizə nə təklif edirik
* Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
* Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
* Könüllü tibbi sığorta proqramına qoşulma;
* Yığım sığortasına qoşulma imkanı;
* Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Vəzifə öhdəlikləri
* Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi; * İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi; * Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi; * İstehlak krediti portfelinin daimi monitorinq edilməsi; * İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması; * Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi; * İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində 'undewriter' və s.) göndərilməsinin təmin edilməsi; * Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi; * Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması; * Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi; * Müştərilərin ödəniş sənədlərinin XÖHKS, AZİPS, SWİFT sistemlərində modifikasiya edilməsi; * Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması; * Konvertasiya əməliyyatlarının həyata keçirilməsi; * Əməliyyat və xidmət üzrə komisiyon haqlarının tutulması; * Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi; * Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi; * Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırılması; * Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması; * İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.