ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Ev əşyaları üzrə satış məsləhətçisi (Zabrat mağazası)

🏢Baku Electronics📍Ünvan qeyd edilməyib⏳Tam ştat📅29.09.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

•

Orta məktəb diplomu və ya ekvivalent; Satış sahəsində iş təcrübəsi azruolunandır; Yüksək ünsiyyət və inandırma bacarığı; Sürətli mühitdə işləmə və bir neçə tapşırığı eyni anda idarə edə bilmək qabiliyyəti; Əməliyyatların aparılması üçün ilkin riyazi biliklər; Müxtəlif iş növbələrində işləmək bacarığı; Dil bilikləri: Rus dili biliyi azruolunandır.

Vəzifə öhdəlikləri

Vəzifə funksiyaları: Müştəri ehtiyacı və tələblərini müəyyənləşdirərək, məhsul və xidmətlərin uyğun olaraq təqdim edilməsi; Cavabdeh olduğu sahə üzrə mağaza vitrinlərinin tərtibatında merçendayzinq standartlarına uyğun riayət edilməsi; Satış hədəflərinin həyata keçirilməsinə dair fəaliyyətlərin icra edilməsi; Şöbənin sifarişlərini və mal hərəkətini daimi nəzarətdə saxlamaq, yeni və tələb olunan məhsullar haqqında sifarişi tabe olduğu iş rəhbərinə təqdim etmək; Müştərini gülərüzlə qarşılamaq, ona mağazada olan kampaniyalar, Bonus Kartı, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək; Müştərinin seçdiyi mal kampaniyaya düşərsə hədiyyələr və endirimlər haqqında müştərini məlumatlandırmaq; Təyin olunmuş məhsul sayımını etmək və sayım zamanı çatışmazlıq aşkar etdiyi halda aktda qeyd edib iş rəhbərinə məlumat vermək.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.