ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Əlaqə Mərkəzi üzrə Assistent/Kiçik Mütəxəssis

🏢Paşa Sığorta📍Ünvan qeyd edilməyibTam ştat📅22.05.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

PAŞA Sığorta ASC namizədləri Əlaqə Mərkəzi üzrə Assistent/Kiçik Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə müştəri zənglərinin və müraciətlərinin operativ və keyfiyyətli cavablandırılması, müştəri məmnuniyyətinin təmin edilməsi, sığorta qanunvericiliyi və daxili proseslərə uyğun dəqiq məlumatların idarə olunması, eləcə də şirkətin korporativ dəyərlərinə uyğun fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur.

Vəzifə öhdəlikləri

Öhdəliklər Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə keyfiyyətli xidmətin təqdim edilməsi Hadisələr üzrə müraciətlərin ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli həll edilməsi Proqram təminatı ilə bağlı xəta baş verdikdə birbaşa rəhbərə yazılı məlumat verilməsi Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualların cavablandırılması Proqram təminatında məlumatların müvafiq tələblərə uyğun olaraq dəqiq və tam şəkildə daxil edilməsi Gündəlik fəaliyyətin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması Bilik və Bacarıqlar Mövcud qanunvericilik və müştərilərlə iş üsulları üzrə biliklər Əla davranış və ünsiyyət bacarıqları Öz fikirlərini aydın ifadə etmək bacarığı Yaranan şəraitdə tez reaksiya göstərmək və stressə davamlılıq Komanda ilə işləmək və məsuliyyətlilik Dəqiqlik və diqqətlilik Dil bilikləri: Azərbaycan, Rus Təhsil və Təcrübə Ali təhsil Müştəri xidməti və ya əlaqəli sahədə ən azı 1 il təcrübə Bizim Təklifimiz Peşəkar və dinamik komandada çalışma imkanı Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti "Great Place To Work" sertifikatlı şirkətdə çalışma imkanı.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.