Əlaqə mərkəzi şöbəsinin Telefon Mərkəzi bölməsinin kiçik mütəxəssisi
İş təsviri və tələblər
Sürətli, səmimi və başadüşülən üslubda yazılı və sözlü kommunikasiya bacarığına; Bank və ya digər müştəri xidmətləri sahəsində təcrübəyə və müştərilərin suallarını və problemlərini effektiv şəkildə həll etmək bacarığına; Onlayn çat platformalarının idarə edilməsi və səmimi üslubla müştərilərə kömək etmək üçün texniki biliklərə; Tələb olunan öhdəlikləri sürətlə yerinə yetirə biləcək təcrübəyə; Bankın xidmət və məhsullarının müştərilərə düzgün və səmimi bir üslubda təqdim edilməsi bacarığına; Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək və müştərilərlə səmimi üslubda kommunikasiya qurmaq bacarığına sahib olmaq.
Vəzifə öhdəlikləri
Birbankın 196 Əlaqə mərkəzinə daxil olan müştəri müraciətlərini, suallarını və şikayətlərini effektiv şəkildə cavablandırmaq, müştərilərin suallarına məlumatlı, mövzularla bağlı cavablar vermək və həll yolları təqdim etmək üçün namizəd axtarırıq. Müştərilərə yüksək səviyyədə xidmət təmin etmək, sualları cavablandırmaq və müştəri münasibətlərini gücləndirmək əsas məqsədlərimizdəndir.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.