DevOps Engineer
İş təsviri və tələblər
• Sahə üzrə (sistem inzibatçılığı və ya DevOps) minimum 2 il real iş təcrübəsi
• Linux əməliyyat sistemlərinə (CentOS, Debian, Ubuntu və digər distributivlər) inzibatçılıq səviyyəsində nəzəri və praktiki biliklər
• Windows Server mühitinin idarə olunması təcrübəsi — Active Directory, IIS, PowerShell və sistem inzibatçılığı
• Proxy və web server-lərlə iş təcrübəsi — Nginx, Apache və s.
• Load balancing həllərinin qurulması və idarə olunması üzrə təcrübə
• IaC alətləri ilə təcrübə — Terraform
• Bash Script ilə praktiki biliklər
• Version Control alətləri ilə təcrübə — Git
• GitLab və GitHub ilə iş təcrübəsi
• CD prosesləri ilə bağlı təcrübə
• Docker konteynerləri ilə bağlı bilik və təcrübə (Docker, Dockerfile, Docker Compose, Docker networking, image, image layer və s.)
• Continuous Monitoring üçün biliklər
• Logging texnologiyaları ilə bağlı biliklər
• Cloudflare ilə iş təcrübəsi
• SSL/TLS sertifikatları ilə bağlı biliklər — sertifikatların qurulması, yenilənməsi və idarə olunması (Let's Encrypt, Certbot və s.)
• SSH protokolu üzrə biliklər — açar əsaslı autentifikasiya, təhlükəsizlik konfiqurasiyaları və uzaqdan server idarəetməsi
Təhsil səviyyəsi: Ali təhsil - bakalavriat
Sahə üzrə iş təcrübəsi: 2 - 3 il
Dil biliyi: Tələb olunmur
Kompüter biliyi: Tələb olunmur
Vəzifə öhdəlikləri
Vəzifə funksiyaları • Proqram təminatının test və deployment proseslərinin tam avtomatlaşdırılması • Serverlərin, verilənlər bazalarının və şəbəkə konfiqurasiyalarının "Infrastructure as Code" (IaC) prinsipi ilə idarə olunması • Web server və proxy infrastrukturunun (Nginx, Apache) qurulması, konfiqurasiyası və optimallaşdırılması • Load balancing həllərinin layihələndirilməsi və qurulması, trafikin səmərəli paylanması, failover mexanizmləri və yüksək əlçatanlığın (High Availability) təmin edilməsi • Konteynerləşdirilmiş sistemlərin idarə olunması, orkestrasiyası • Sistemlərin fasiləsiz və sabit işləməsinin təmin edilməsi, resursların optimallaşdırılması • Təhlükəsizlik boşluqlarının aşkarlanması və aradan qaldırılması • Sistemlərdə baş verə biləcək problemlərin qabaqlayıcı monitorinqi və alert sistemlərinin qurulması • İnsidentlərə operativ reaksiya vermək və kök səbəb analizi (root cause analysis) aparmaq • İnfrastruktur, deployment və CI/CD proseslərini həyata keçirmək və idarə etmək
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.