Daxili kommunikasiya üzrə aparıcı mütəxəssis
İş təsviri və tələblər
Kommunikasiya, ictimaiyyətlə əlaqələr, jurnalistika, marketinq, insan resursları, sosial elmlər və ya əlaqəli sahə üzrə ali təhsil və praktik təcrübəyə malik olmaq. Daxili kommunikasiya materiallarının, kampaniyaların və layihələrin hazırlanması və icrası üzrə təcrübəyə malik olmaq. Dəyişiklik və lider kommunikasiyası, korporativ mədəniyyət, əməkdaş bağlılığı və işəgötürən brendi barədə anlayışa malik olmaq. Güclü kopiraytinq, redaktə, korrektə, hekayələndirmə və mürəkkəb məlumatları aydın təqdim etmək bacarığına malik olmaq. İntranet, elektron poçt, rəqəmsal ekran və əməkdaş platformalarında məzmun hazırlamaq və idarə etmək bacarığına malik olmaq. Video ssenari, kreativ brif, təqdimat və müxtəlif kommunikasiya formatları hazırlamaq, yaradıcı tərəflərlə koordinasiya aparmaq bacarığına malik olmaq. Kommunikasiya göstəriciləri, sorğu və geribildirim məlumatlarını toplamaq, təhlil etmək və hesabat hazırlamaq bacarığına malik olmaq. Planlama, prioritetləşdirmə, problem həlli, komanda işi və daha az təcrübəli əməkdaşlara istiqamət vermək bacarığına malik olmaq. Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək; MS Office, kommunikasiya və süni intellekt alətləri ilə işləmək bacarığına malik olmaq.
Vəzifə öhdəlikləri
Daxili kommunikasiya fəaliyyətlərinin daha sistemli və effektiv təşkili, şirkət daxilində məlumat mübadiləsinin gücləndirilməsi və əməkdaş təcrübəsinin inkişaf etdirilməsi məqsədilə komandamıza yeni əməkdaş axtarırıq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.