ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Daxili audit üzrə kiçik mütəxəssis

🏢Baku Electronics📍Ünvan qeyd edilməyibTam ştat📅07.07.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; MS Office proqramlarında işləməyi bacarmaq; Beynəlxalq Daxili Audit Standartları (IIA) üzrə biliklər; Analitik düşünmə tərzi, ünsiyyətcil olmaq və təqdimat bacarığı; Operativ və düzgün qərar vermə bacarığı; Problemləri həll etmə bacarığı.

Vəzifə öhdəlikləri

Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığının, xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayılmasında iştirak edərək, ERP sistemindən alınmış hesabatlarla müqayisə aparmaq və nəticələri sənədləşdirmək; Mağaza və Mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxış və qiymətləndirmə işlərini həyata keçirmək; Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə müəyyən edilmiş xüsusi meyarlara əsasən müşahidələr aparmaq, işçi heyətinə suallar vermək, nəticələri təhlil edib qiymətləndirmək və əldə olunan məlumatlar barədə rəhbərliyə hesabat vermək; Servis tərəfindən satışa yararsız hesab edilmiş malların məhv edilməsi prosesində işçi qrupunun tərkibində iştirak etmək və bu prosesin nəticələrinin aktlaşdırılmasında iştirak etmək; Audit nəticələrinə əsasən təqdim edilmiş tövsiyələrin icra vəziyyətini qiymətləndirmək məqsədi ilə monitorinqlər aparmaq və nəticələr barədə məlumat hazırlamaq; Audit nəticələrinin ümumiləşdirilməsi və ilkin audit hesabatının hazırlanması məqsədilə toplanmış məlumatları sistemləşdirmək və rəhbərliyə təqdim etmək.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.