Data scientist (middle / senior)
İş təsviri və tələblər
* İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil
* Maşın öyrənməsi modelləri ilə ən azı 1 il iş təcrübəsi
* Churn, NBP/NBO və müştəri analitikası modellərinin qurulmasında real iş təcrübəsi
* Qabaqcıl statistik metodlar (reqressiya, təsnifat, paylanma, testlər, ML/AI) üzrə dərin bilik və təcrübə; nəticələri real biznes problemlərində əsaslandırmaq bacarığı
* Tableau və ya digər məlumat vizuallaşdırma alətlərindən istifadə edərək çıxardığı nəticələri maraqlı tərəflərə aydın və peşəkar formada təqdim etmə bacarığı
* Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi
* Modellərin istehsalat mühitinə tətbiqi üçün Docker və Kubernetes kimi texnologiyalardan istifadə təcrübəsi
* SQL və Python üzrə praktiki təcrübə
* Tableau bilikləri əlavə üstünlükdür
* Analitik düşüncə və kompleks problemləri sistemli həll etmə bacarığı
* Detallara diqqət və işin dəqiqliklə aparılması
* Müstəqil işləmə motivasiyası və yüksək təşəbbüskarlıq
* Effektiv ünsiyyət və güclü komanda ruhu
* Adaptivlik, dəyişən şəraitə tez uyğunlaşmaq qabiliyyəti
* Vaxtın idarə edilməsi və prioritetləşdirmə bacarığı
* Etibarlılıq, məsuliyyət və işə ciddi yanaşma
Vəzifə öhdəlikləri
* Müştəri davranışını proqnozlaşdıran modellər (churn, next best product/offer, müştəri dəyəri və s.) qurmaq, təkmilləşdirmək və KPI-ları optimallaşdırmaq * Müştəri məlumatlarını dərindən öyrənərək əsas tendensiyaları aşkara çıxarmaq və bu nəticələri şirkət üçün konkret biznes dəyərinə (saxlama dərəcəsi, gəlir artımı, çarpaz satış) çevirmək * Data-driven qərarvermə üçün sürətli prototiplər və xüsusi modellər hazırlamaq (seqmentasiya, propensity scoring, LTV proqnozu) * Churn proqnozlaşdırma, NBP/NBO (Next Best Product/Offer) və (CLV) modellərini qurmaq, yeniləmək və təkmilləşdirmək * Modelləşdirmə nəticələrini qısa, aydın təqdim edərək marketinq, satış və məhsul komandalarının qərar qəbulunu asanlaşdırmaq
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.