Data elmi üzrə Kiçik Mütəxəssis / Mütəxəssis / Aparıcı Mütəxəssis
İş təsviri və tələblər
* İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil;
* Maşın öyrənməsi modelləri ilə ən azı 1 il iş təcrübəsi;
* Churn, NBP/NBO və müştəri analitikası modellərinin qurulmasında real iş təcrübəsi;
* Qabaqcıl statistik metodlar (reqressiya, təsnifat, paylanma, testlər, ML/AI) üzrə dərin bilik və təcrübə; nəticələri real biznes problemlərində əsaslandırmaq bacarığı;
* Tableau və ya digər məlumat vizuallaşdırma alətlərindən istifadə edərək çıxardığı nəticələri maraqlı tərəflərə aydın və peşəkar formada təqdim etmə bacarığı;
* Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi;
* Modellərin istehsalat mühitinə tətbiqi üçün Docker və Kubernetes kimi texnologiyalardan istifadə təcrübəsi;
* SQL və Python üzrə praktiki təcrübə;
* Tableau bilikləri əlavə üstünlükdür;
* Analitik düşüncə və kompleks problemləri sistemli həll etmə bacarığı;
* Detallara diqqət və işin dəqiqliklə aparılması;
* Müstəqil işləmə motivasiyası və yüksək təşəbbüskarlıq;
* Effektiv ünsiyyət və güclü komanda ruhu;
* Adaptivlik, dəyişən şəraitə tez uyğunlaşmaq qabiliyyəti;
* Vaxtın idarə edilməsi və prioritetləşdirmə bacarığı;
* Etibarlılıq, məsuliyyət və işə ciddi yanaşma.
Vəzifə öhdəlikləri
* Müştəri davranışını proqnozlaşdıran modellər (churn, next best product/offer, müştəri dəyəri və s.) qurmaq, təkmilləşdirmək və KPI-ları optimallaşdırmaq; * Müştəri məlumatlarını dərindən öyrənərək əsas tendensiyaları aşkara çıxarmaq və bu nəticələri şirkət üçün konkret biznes dəyərinə (saxlama dərəcəsi, gəlir artımı, çarpaz satış) çevirmək; * Data-driven qərarvermə üçün sürətli prototiplər və xüsusi modellər hazırlamaq (seqmentasiya, propensity scoring, LTV proqnozu); * Churn proqnozlaşdırma, NBP/NBO (Next Best Product/Offer) və (CLV) modellərini qurmaq, yeniləmək və təkmilləşdirmək; * Modelləşdirmə nəticələrini qısa, aydın təqdim edərək marketinq, satış və məhsul komandalarının qərar qəbulunu asanlaşdırmaq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.