Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə Qrup Rəhbəri
İş təsviri və tələblər
Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil; Büdcələşdirmə, maliyyə modelləşdirilməsi, maliyyə təhlili və ya biznes planlaşdırılması sahəsində minimum 5 il iş təcrübəsi; Komanda idarəetməsi və ya funksional koordinasiya üzrə 1-2 il iş təcrübəsi; Bank və FinTech sektorunda iş təcrübəsi üstünlükdür; Büdcələşdirmə, proqnozlaşdırma, maliyyə modelləşdirilməsi və idarəetmə hesabatlılığı üzrə dərin biliklər; Analitik düşünmə, qərarvermə, planlaşdırma və problem həll etmə bacarıqları; MS Excel və PowerPoint proqramlarından yüksək səviyyədə istifadə bacarığı; ERP, Power BI, SQL və digər büdcə planlaşdırma sistemləri və analitik alətlər üzrə biliklər üstünlükdür; Liderlik, təqdimat, ünsiyyət və maraqlı tərəflərlə effektiv əməkdaşlıq bacarıqları; ACCA, CIMA, CFA, FMVA və ya digər müvafiq sertifikatlar üstünlükdür.
Vəzifə öhdəlikləri
Biznesin strateji hədəflərinə uyğun büdcələşdirmə, maliyyə modelləşdirilməsi və maliyyə planlaşdırılması proseslərinə rəhbərlik edəcək, maliyyə təhlilləri və proqnozlar vasitəsilə qərarvermə prosesini dəstəkləyəcək, eyni zamanda komandanın inkişafını və effektiv fəaliyyətini təmin edəcək Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə Qrup Rəhbəri axtarırıq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.