Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə Mütəxəssis
İş təsviri və tələblər
Büdcələmə, maliyyə modelləşdirilməsi və ya maliyyə təhlili sahəsində 1.5–2 il iş təcrübəsi; Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə ali təhsil; Analitik düşünmə, məlumatların təhlili, planlaşdırma və təşkilatçılıq bacarıqları; MS Office proqramları, xüsusilə Excel və PowerPoint üzrə yüksək səviyyədə işləmə bacarığı; Komanda ilə effektiv işləmək və yüksək iş tempində fəaliyyət göstərmək bacarığı; İngilis dili üzrə yazılı və şifahi Upper-Intermediate səviyyəsi (rus dili üstünlükdür); SQL, BI alətləri və ya Python üzrə biliklər üstünlük hesab olunur; ACCA (MA, PM), FMVA, CIMA Management Accounting, büdcələmə və maliyyə modelləşdirilməsi üzrə digər beynəlxalq sertifikatlar üstünlükdür.
Vəzifə öhdəlikləri
Şirkətin maliyyə planlarının hazırlanmasında iştirak edən, büdcənin idarə olunmasına dəstək verən və müxtəlif ssenarilər üzrə maliyyə modellərinin qurulmasına töhfə verərək qərarvermə prosesinə dəstək göstərən təcrübəli komanda üzvü axtarırıq.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.