Biotibbi mühəndis
İş təsviri və tələblər
Təhsil: Ali təhsil (Biotibbi Cihaz Texnologiyaları və ya Elektronika); Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Kompüter biliyi: MS Office proqramlarında sərbəst işləmək bacarığı; Dil bilikləri: Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı; İşində dəqiq və məsuliyyətli olmaq; Biotibbi cihazların texniki xidməti və təmiri sahəsində əsas bilik və avadanlıqlarla işləmə bacarığı.
Vəzifə öhdəlikləri
Vəzifə öhdəlikləri: Biotibbi cihazların texniki baxışı, diaqnostikası və təmir işlərinin həyata keçirilməsi; Laboratoriya və tibbi avadanlıqlara texniki servis xidmətinin göstərilməsi; Aşkarlanmış texniki nasazlıqların vaxtında və effektiv şəkildə aradan qaldırılması; Texniki sənədləşmənin aparılması və görülən işlər barədə hesabatların hazırlanması; Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirilməsi; Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak.
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.