ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

İnformasiya Texnologiyaları

Baş sistem inzibatçısı

🏢Kapital Bank📍Ünvan qeyd edilməyibTam ştat📅13.05.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya uyğun sahə üzrə ali təhsil; Sistem inzibatçılığı sahəsində minimum 3-5 il iş təcrübəsi; Microsoft Azure platforması üzrə praktiki iş təcrübəsi; Azure xidmətləri (Virtual Machines, Virtual Network, Azure AD / Entra ID, VPN Gateway və s.) üzrə biliklər; Microsoft 365 administrasiyası üzrə təcrübə; Windows Server və Linux əməliyyat sistemləri üzrə bilik və təcrübə; Active Directory, DNS, DHCP, Group Policy və VPN xidmətləri üzrə biliklər; Şəbəkə avadanlıqları və şəbəkə texnologiyaları üzrə biliklər; Firewall və informasiya təhlükəsizliyi sistemləri üzrə ilkin biliklər; Virtualizasiya platformaları (VMware, Hyper-V və s.) ilə iş təcrübəsi; Backup və monitorinq sistemləri üzrə biliklər; Problemləri analiz etmə və operativ həll etmə bacarığı; Texniki sənədləşmə aparmaq bacarığı; Komandada işləmək və effektiv kommunikasiya bacarığı; Azərbaycan dili sərbəst, İngilis dili texniki səviyyədə; Azure, Microsoft və digər beynəlxalq sertifikatların olması üstünlükdür.

Vəzifə öhdəlikləri

Şirkətimizin İT infrastrukturunun idarə olunması və dəstəklənməsi üçün təcrübəli və məsuliyyətli Sistem Administratoru axtarırıq. Bu vəzifədə çalışan şəxs lokal və bulud əsaslı sistemlərin fasiləsiz, təhlükəsiz və stabil fəaliyyətinin təmin edilməsinə cavabdeh olacaq. Namizəd Microsoft Azure, Microsoft 365, Windows və Linux serverləri, virtualizasiya texnologiyaları və şəbəkə idarəçiliyi sahəsində güclü texniki biliklərə sahib olmalıdır. Bu rol analitik düşüncə tərzi, problemləri operativ həll etmə bacarığı və komandada effektiv işləmək qabiliyyəti tələb edir. Namizəd texniki sənədləşmənin aparılması, sistemlərin monitorinqi və İT təhlükəsizliyi standartlarına riayət olunmasına dəstək göstərməlidir.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.