Baş Müqavilə Mütəxəssisi
İş təsviri və tələblər
• Ali təhsil (bakalavr dərəcəsi və ya bərabər) • Microsoft Office proqramlarına (Word, Excel, Outlook, PowerPoint) yaxşı nisbətdə hakim olmaq • Azərbaycan dili – sərbəst; İngilis dili – yaxşı səviyyə • Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi
Vəzifə öhdəlikləri
• Müqavilə şərtləri və müddəaları üzrə danışıqlar aparmaq • Müqavilələrə əlavə və dəyişikliklər hazırlamaq • Müqavilələrin razılaşdırılmış şərtlərə uyğun yerinə yetirilməsini izləmək • Müqavilə icrası zamanı yaranan məsələləri analiz etmək və müvafiq tədbirlər görmək • Elektron müqavilə registri sistemini mütəmadi olaraq nəzərdən keçirmək və yeniləmək • Müvafiq strukturlar ilə müqavilələrin hazırlanması və koordinasiyasında iştirak etmək • Müqavilə tarixlərini, öhdəlikləri və dəyişiklikləri izləmək, müvafiq tərəflərə məlumat vermək • Müqavilə şərtləri ilə bağlı tərəfdaşlar, podratçılar və müştərilərlə yazışmaları saxlamaq • Müqavilələrlə bağlı statistik və hesabat məlumatlarını hazırlamaq • Müqavilələrlə bağlı daxili sorğulara cavab vermək və şöbələr arasında düzgün koordinasiyanı təmin etmək • Müqavilə idarəçiliyi ilə bağlı rüblük hesabatlar hazırlayıb təqdim etmək
İndi Müraciət Et
Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.