ElanlarŞirkətlər
PaketlərBlog
logoShtat.az

Azərbaycanda iş axtarışı və karyera inkişafı üçün etibarlı platforma

© 2026 Shtat.az

Baş Məlumat Analitiki

🏢Paşa Sığorta📍Ünvan qeyd edilməyibTam ştat📅18.08.2026💰Müsahibə əsasında

İş təsviri və tələblər

PAŞA Sığorta ASC namizədləri Məlumatların İdarəedilməsi Departamentində Baş Məlumat Analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri

Baş Məlumat Analitiki kompleks biznes problemlərini analitik çərçivəyə salaraq, böyük və mürəkkəb məlumat dəstləri üzərində dərin təhlillər aparır, rəhbərlik və biznes sahibləri üçün ölçülə bilən "insight"lar və qərar tövsiyələri formalaşdırır. Bu rol "data-driven" qərarvermə mədəniyyətinin inkişafında aparıcı analitik tərəfdaş kimi çıxış edir. Öhdəliklər: - Kompleks biznes problemlərini strukturlaşdırmaq, hipotezlər formalaşdırmaq və analitik yanaşmalar dizayn etmək; - Böyük və çoxölçülü məlumat dəstləri üzərində dərin analitik təhlillər aparmaq; - Trendləri, riskləri, performans göstəricilərini və anomaliyaları müəyyən etmək və biznes kontekstində interpretasiya etmək; - Alternativ ssenarilər və "what-if" analizlər hazırlayaraq qərarvermə proseslərini dəstəkləmək; - Strateji və taktiki qərarlar üçün tövsiyələr formalaşdırmaq və nəticələri aydın şəkildə təqdim etmək; - Statistik və analitik nəticələr əsasında idarəetmə və "executive" səviyyəli hesabatlar və "dashboard"lar hazırlamaq. Bilik və Bacarıqlar: - Yüksək səviyyədə SQL və güclü məlumat təhlili bacarıqları; - Güclü BI/dashboarding və məlumatların vizuallaşdırılması qabiliyyəti; - Sığorta metrikaları (sığorta haqqı, sığorta ödənişi, zərər/mükafat nisbəti, müştəri axını və s.) üzrə dərin biliklər; - Statistika, proqnozlaşdırma və KPI-ların dizaynı üzrə anlayış; - Analitik nəticələri aydın şəkildə "executive" səviyyəli "insight"lara və tövsiyələrə çevirmək bacarığı; - "Data governance", metrik kataloq və məlumat təhlükəsizliyi anlayışları; - Güclü analitik hekayə anlatma, biznes kommunikasiyası və maraqlı tərəflərin idarə edilməsi bacarıqları; - Nəticəyönümlülük, çeviklik, komanda quruculuğu, eləcə də idarəetmə və koordinasiya bacarıqları. Dil bilikləri: Azərbaycan, İngilis Təhsil və Təcrübə: - İqtisadiyyat, Maliyyə, Biznes, Statistika, Riyaziyyat, Data Elmi, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil; - Biznes analitikası, maliyyə analitikası, strategiya analitikası, BI və ya idarəetmə hesabatları sahəsində 4 ildən artıq iş təcrübəsi; - Power BI/Tableau, SQL, "data analytics", maliyyə təhlili və ya biznes kəşfiyyatı üzrə sertifikatlar arzuolunandır. Biz Sizə Təklif Edirik: - Dəyər yaradan işlər; - Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı; - Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı; - Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar; - Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İndi Müraciət Et

Bu vəzifə üçün işəgötürənin veb saytında müraciət etmək tələb olunur.